Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Hələb uğrunda dünya güclərinin savaşı - Bölgədə sabitlik xəyala çevrilir

    3 Dekabr 2024 10:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    "Hazırda Yaxın Şərqin sərhədləri yenidən tərtib edilir. Heç şübhəsiz bu sərhədlər Türkiyə olmadan, xüsusən də Hələb məsələsində, heç bir halda yenidən cızıla bilməz".

    AzerVoice xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu hazırda gərgin vəziyyətin yaşandığı Suriyanın Hələb bölgəsinin önəmi barədə danışarkən deyib.
    Rufiz Hafizoğlu bildirib ki, Suriya hökuməti ölkədə hər şeyin qaydasında olduğu vizionunu yaratmağa çalışırdı:
    "Amma Suriyaya nəzər salanda ölkənin 4 hissəyə bölündüyünü görürük: Rejimin, Suriya müxalifətinin nəzarət etdiyi, habelə ABŞ bazalarının olduğu və PKK-nın Suriya qolu olan PYD/YPG-nin nəzarət etdiyi bölgələr. Suriyada ABŞ-dan başqa İran və Rusiya da var. Amma ABŞ İran və Rusiya ilə düşmən olsa da, məsələ Türkiyəyə toxunduğu halda PYD/YPG onların hamısının ortaq qardaşı olur".

    Ekspertin fikrincə, "Hizbullah"ın zəifləməsi və onun Suriyanın Hələb və digər ərazilərindəki qüvvələrinin çıxarılması təbii ki, müxalifəti bir qədər ruhlandırıb:
    "Sözsüz ki, burada digər dövlətlərin müdaxiləsi də istisna edilmir. Burada Türkiyəsiz hər hansı bir addım atılmasını da düşünmürəm. Böyük ehtimalla Türkiyənin də müxalifətin irəliləməsində marağı var. Hətta düşünürəm ki, bunu Türkiyə tətikləyib. Bir müddət əvvəl Ərdoğan hakimiyyəti rəsmi Dəməşqə sülh, daha doğrusu qaçqınların qayıtması və dialoqa başlamaq üçün müraciət edib. Əsəd isə uzanan bu əli geri çevirdi və hər hansı bir dialoqu qəbul etmədi. Əsədi ruhlandıranlar isə 3 qüvvə olub. Bunlar PYD/YPG qüvvələri, İran və Rusiya qoşunlarının Suriyada olması amilidir. Belədə Türkiyəyə düşmən olan Suriyadakı bütün qruplaşmalar birləşə bilər".

    Həmsöhbətimiz qeyd edib ki, Bəşər Əsəd və ordusu baş verən hadisələrə müdaxilə edə bilmir:

    "Ona alternativ olaraq İraq və Əfqanıstandan olan radikal şiə qruplaşmaları bölgəyə cəlb olunacaqlar. Artıq bunun siqnalı verilib. Hələb yaxınlığında yerləşən "Fatimiyun" qruplaşması şəhərin yenidən Əsədin nəzarətinə keçməsi üçün əməliyyata başlayacaq. Yaxın Şərqin paradoksla dolu olmasının göstəricisi odur ki, Qəzzada 50-150 min arası insan ölüb. Suriyada isə 500 min insan Əsəd rejimi tərəfindən öldürülüb. Digər tərəfdən, İran və Əsəd rejimi iddia edir ki, Dəməşq islam müqavimətinin ayrılmaz hissəsidir. Amma İsrail təyyarələri Dəməşqi bombalasa da, Əsəd səsini çıxara bilmir. Amma ölkə daxili müxalifətə qarşı hər hansı bir hərəkətləmə olan kimi, Suriya təyyarələri qalxıb həmin əraziləri bombalayır. Burada qatillərin bir-birindən ədalət tələb etməsi prinsipi olduqca absurd və gülüncdür".
    Rufiz Hafizoğlu bildirib ki, Suriya ərazisi İranın nəzarətində olan beynəlxalq narkotik trafikinin əsas və ayrılmaz hissəsinə çevrilib:

    "Bəşər Əsədin qardaşı Mahir Əsədin Avropada narkotik və kapdaqon ticarətilə məşğul olduğu ortaya çıxıb".

    Qeyd edək ki, son günlər Suriyanın ikinci böyük şəhəri olan Hələb ətrafında vəziyyət gərginləşib. Müxalif qüvvələr Əsəd rejiminin qüvvələrini bu şəhərdən çıxararaq, Hələbə və ətraf ərazilərə nəzarəti ələ keçirib. Hələb şəhərinin mühüm strateji şəhər olduğunu nəzərə alsaq, şəhər uğrunda yaxın zamanlarda daha kəskin savaşın baş qaldıracağı da istisna deyil. Hətta prosesə kənar müdaxilələrin olması da mümkündür.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Suriyada qanlı savaş davam edəcəkmi?

    2 Oktyabr 2025 18:40

    Azərbaycan son iki ildə regionda aparıcı siyasət yürüdərək BƏƏ üçün önəmli tərəfdaş olub - Rufiz Hafizoğlu

    19 Sentyabr 2025 17:57

    Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

    19 Sentyabr 2025 13:59

    Azərbaycanın BƏƏ ilə münasibətləri çoxvektorlu siyasətin uğurlu nümunəsidir - Rufiz Hafizoğlu

    17 Sentyabr 2025 12:10

    Avropa dövlətləri Fələstini tanıyacaq - Yaxın Şərqdə vəziyyət dəyişir

    4 Sentyabr 2025 12:36

    Türkiyə ordusu hərəkətə keçir: Suriyada hərbi əməliyyat başlayır

    29 Avqust 2025 17:27

    Azərbaycan enerji siyasəti və diplomatik rolu ilə regionda sülhün təminatçısıdır, ehtiyac yaranarsa, İsrail-Fələstin danışıqlarında da aktiv rol oynaya bilər

    27 Avqust 2025 17:22

    İsrail ilin sonuna qədər İranla yeni müharibəyə başlayacaq - Rufiz Hafizoğlu

    25 Avqust 2025 16:30

    İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

    22 Avqust 2025 11:17

    Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

    18 Avqust 2025 15:14

    Hizbullahın gələcəyi - Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub

    18 Avqust 2025 11:12
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə və Birləşmiş Krallıq liderləri Ankarada görüşüb

    Tramp 2028 prezident seçkilərinə yenidən namizəd olmaq istədiyini bildirib

    İran Omanla əlaqələri genişləndirməyə hazırdır

    Azərbaycanın Təbrizə yeni baş konsulu təyin edilib

    Səudiyyə Ərəbistanına yeni səfir təyin edilib

    Azərbaycanın İordaniyaya yeni səfiri təyin edilib

    Azərbaycanın İraqa yeni səfiri təyin olunub

    Prezident İlham Əliyev Meksikaya yeni səfir təyin edib

    Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib

    Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.