Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Azərbaycanın BƏƏ ilə münasibətləri çoxvektorlu siyasətin uğurlu nümunəsidir - Rufiz Hafizoğlu

    17 Sentyabr 2025 12:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri yalnız protokol xarakterli bir addım deyil. Bu səfər iki ölkə arasında son illərdə dərinləşən əlaqələrin və strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edən mühüm hadisədir. Səfərin təsadüfi olmadığını göstərən bir sıra amillər mövcuddur ki, bunlar həm tarixi, həm də müasir mərhələdə Azərbaycan-BƏƏ münasibətlərinin məzmununu formalaşdırır.

    AzerVoice xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

    O bildirib ki, Azərbaycan müstəqilliyin ilk illərindən başlayaraq xarici siyasətdə çoxvektorlu kurs seçib. İslam dünyası, Avropa məkanı, Türk dövlətləri və digər regionlarla balanslı əlaqələr qurmaq ölkənin nüfuzunu artırıb, iqtisadi və diplomatik əlaqələrin şaxələnməsinə imkan yaradıb. Bu yanaşma nəticəsində Azərbaycan həm regional, həm də qlobal müstəvidə sözü eşidilən ölkəyə çevrilib. BƏƏ ilə münasibətlər də məhz bu çoxvektorlu siyasətin uğurlu nümunəsidir.

    Ərəb dünyası ilə tarixi bağlardan danışan ekspert deyib: “Ərəb ölkələri Azərbaycan üçün heç vaxt yad olmayıb. Sovet dövründə belə İraqın səfirliyinin Bakıda fəaliyyət göstərməsi Ərəb ölkələrinin Azərbaycana marağının köklərinin dərinliyindən xəbər verir. Bu fakt həm də Azərbaycanın İslam dünyasında mövqeyinin mühümlüyünü göstərir.

    BƏƏ bu gün Ərəb dünyasında həm iqtisadi, həm də texnoloji inkişafın liderlərindən biridir. Yaxın Şərq siyasətindən tutmuş İsraillə münasibətlərə, innovasiyadan süni intellektə qədər müxtəlif sahələrdə nümayiş etdirdiyi dinamizm ölkəni regionun lokomotivinə çevirib. Azərbaycanın son illərdə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində atdığı addımlar BƏƏ-nin təcrübəsi ilə uyğunluq təşkil edir və bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

    Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın səfəri çərçivəsində müzakirə ediləcək mövzuların başında iqtisadi əməkdaşlıq, regional siyasət dayanır. BƏƏ Prezidentinin işğaldan azad edilmiş ərazilərə, xüsusilə Şuşaya səfəri həm simvolik, həm də investisiya baxımından mühüm mesajdır. Bu addım BƏƏ-nin Qarabağda bərpa və inkişaf layihələrinə marağını göstərir”.

    İki ölkə arasında əməkdaşlığın enerji, tikinti, turizm, logistika və kənd təsərrüfatı kimi sahələrdə də genişləndiyini vurğulayan R.Hafizoğlu əlavə edib: “BƏƏ şirkətləri xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialına maraq göstərir. Masdar şirkətinin Qaradağda inşa etdiyi 230 meqavat gücündə Günəş elektrik stansiyası bu tərəfdaşlığın ən mühüm nümunələrindən biridir. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji zonaları təşəbbüsü ilə BƏƏ-nin təcrübəsinin üst-üstə düşməsi regionda enerji tranzit rolunu gücləndirir. Bu əməkdaşlıq təkcə elektrik istehsalının artırılması deyil, həm də Cənubi Qafqazın enerji xəritəsində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi deməkdir.

    Azərbaycan iş adamları da BƏƏ bazarına çıxış imkanlarını genişləndirir. Xüsusilə kənd təsərrüfatı məhsulları və qida sənayesi sahəsində Azərbaycan ixracatçılarının mövqeləri güclənir. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və qarşılıqlı investisiyaların yüksəlməsinə şərait yaradır.

    Azərbaycan və BƏƏ əməkdaşlığı yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu tərəfdaşlıq həm də regional və qlobal platformalarda bir-birini dəstəkləməklə strateji xarakter daşıyır. Enerji, ticarət, mədəniyyət, diplomatiya və innovasiya sahələrində atılan addımlar iki ölkəni yaxın gələcəkdə daha sıx tərəfdaşa çevirəcək”.

    Ekspert əlavə edib ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər həm tarixi dostluğun, həm də gələcək əməkdaşlıq perspektivlərinin real təsdiqidir. Azərbaycan artıq ərəb dünyasında və Yaxın Şərqdə sözü eşidilən dövlətə çevrilib, BƏƏ ilə strateji əməkdaşlıq isə bu mövqeni daha da gücləndirəcək.

    #BƏƏ #Rufiz Hafizoğlu #Türk dövlətləri #Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan #Yaxın Şərq #Yaxın Şərq siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    Aİ BƏƏ ilə strateji tərəfdaşlıq müqaviləsi üçün danışıqlara başlayıb

    11 Dekabr 2025 17:30

    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu

    11 Dekabr 2025 16:51

    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib

    9 Dekabr 2025 09:05

    BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub

    8 Dekabr 2025 16:58

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    7 Dekabr 2025 19:53

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

    6 Dekabr 2025 15:30

    Türkiyə XİN Doha Forumunda regional və beynəlxalq məsələləri müzakirə edəcək

    5 Dekabr 2025 12:52

    Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran etdi

    5 Dekabr 2025 11:57

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    Azərbaycan millisi dünya çempionatında 11 boksçu ilə iştirak edəcək

    30 Noyabr 2025 11:04

    Azərbaycan kikboksçuları WAKO dünya çempionatında 12 medal qazanıblar

    30 Noyabr 2025 10:10
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.