Bakı. AzerPress:
İsrailin oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 16 min 248-ə çatıb.
AzerPress xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.