Yuxuda almaz görmək əsəbi və təkəbbürlü, fəzilət və iffəti olmayan qadına işarə edir. Əgər bir kişi yuxuda özünün almaz qaşlı üzük alıb barmağına taxdığını görərsə, bu yuxu onun təkəbbürlü və qürurlu qadınla evlənəcəyinə işarədir. Bir kimsə yuxuda almaz üzüyü barmağından çıxarıb başqasına verdiyini görərsə, bu yuxu onun həyat yoldaşından ayrılmasına işarə edir. Yuxuda ləkəsiz, parlaq almaz gözəl qadına, ləkələnmiş və mat almaz isə çirkin qadına işarədir. Ümumiyyətlə, yuxuda brilyant və ləl-cəvahirat ilə bəzədilmiş almaz görmək kişilər üçün qəm və sıxıntıya, qadınlar üçün isə rahatlıq və xoşbəxtliyə dəlalət edir.