Əsas səhifə » Yəməndə 4,8 milyon insan evsiz qalıb

Yəməndə 4,8 milyon insan evsiz qalıb

BAKI, AzerVoice

Yəməndə 4,8 milyon insanın münaqişələr səbəbindən yaşadığı yerləri tərk etmək məcburiyyətində qaldığını və bu insanların təhlükəsizliyinin təmin olunması üçün təcili yardıma ehtiyac duyulduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR), X sosial media platformasında paylaşım edib.

"Yəməndə 4,8 milyon insan yerindən edilmiş vəziyyətdədir. Onların çoxu bir neçə dəfə qaçmaq məcburiyyətində qalıb" – deyə təşkilat qeyd edib.

Paylaşımda həmçinin təhlükəsiz sığınacaqlara çatmağın çətinləşdiyi, təxliyə risklərinin artdığı və Yəmənli ailələrin qorunması üçün beynəlxalq ictimaiyyətin təcili dəstəyinə ehtiyac olduğu vurğulanıb.

BMT və digər beynəlxalq humanitar qurumlar yardım çatdırmaqda ciddi çətinliklər yaşadıqlarını və vəziyyətin daha da pisləşə biləcəyini bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice