Dinar İslam dünyasında qızıl pul vahidi üçün istifadə olunan termin. Dinar latınca “denarius” kökündən gəlir. Dinar Bizans imperatorluğunda pul vahidi kimi istifadə olunmuş, islamaqədərki dövrdə Suriya ilə iqtisadi münasibətlər vasitəsilə Qüreyş qəbiləsi tərəfindən də istifadə edilmişdir. İslam dövlətinin pul vahidi kimi ilk orijinal dinar Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə 696-cı ildə zərb edilmişdir. Müasir dövrdə də dinar Əlcəzair, Tunis, İordaniya, Liviya, İraq, İordaniya, Yəmən və Küveyt kimi ölkələrin pul vahidinin adı kimi qalır.