Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Fransa: LGBT-yə “bəli”, hicaba “xeyr” — Parlamentdən 17 maddəlik “islamçılıqla mübarizə” paketi

    26 Noyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fransa parlamentində bir qrup deputat “islamçı separatizm”lə mübarizəyə dair 17 tövsiyədən ibarət yeni hesabat təqdim edib. Sənəddə ən çox müzakirə yaradan təkliflərdən biri 16 yaşınadək qızların hicab taxmasının qadağan olunması və dini təşkilatlara nəzarətin sərtləşdirilməsidir.

    Hesabatda Ifop-un araşdırmasına istinad edilərək bildirilir ki, hazırda Fransada 15–24 yaş arası müsəlman qızların 44 faizi hicab taxır. 2003-cü ildə bu göstərici cəmi 16 faiz idi.

    Sənəddə aşağıdakı əsas təkliflər yer alıb:

    1. Məktəb müşayiətçilərinə hicab qadağası

    Hesabatda məktəbli qrupları müşayiət edən şəxslərə hicab yasağı yenidən müzakirəyə çıxarılır. Senat bu qadağanı əvvəllər dəfələrlə təsdiqləsə də, 2019-cu ildə Milli Assambleyaya qədər çatmamışdı.

    2. Məcburi nikahların qarşısının alınması

    Fransız konsulluqlarında evlənəcək cütlüklə fərdi söhbətlərin aparılması, təzyiq və məcburiyyət faktlarının aşkarlanması təklif edilir.

    3. Məscidlərin və dini assosiasiyaların maliyyəsinə nəzarət

    Hesabat müəllifləri tələb edir:

    xarici maliyyənin izlənməsi,

    dini qurumların hesabatlılığının artırılması,

    məscidlərin siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınması.

    4. İdmanda tam dünyəvilik

    Təklifə görə, idman federasiyalarının qaydaları dəyişdirilməli və idman sahəsində dini simvollara tam qadağa tətbiq olunmalıdır.

    5. Vizaların verilməsinin MİD-ə verilməsi

    Viza nəzarətinin Daxili İşlər Nazirliyinə verilməsi tövsiyə olunur. Məqsəd “radikal islamçı şəbəkələrlə” əlaqəli şəxslərin Fransa ərazisinə girişinin bloklanmasıdır.

    6. Bələdiyyə rəsmilərinə də dünyəvilik tələbləri

    Hesabatda merlərə, bələdiyyə üzvlərinə və seçkili şəxslərə neytrallıq qaydalarının — o cümlədən dini simvollara qadağanın — tətbiqi tələb olunur.

    Sənəddə “islamçı layihə” Fransanı dini prinsiplərə əsasən dəyişdirməyə çalışan ideologiya kimi xarakterizə olunur. Bununla yanaşı, tədbirlərin islam dininə qarşı yönəlmədiyi qeyd edilir.

    Hesabat parlamentə təqdim edilərsə, Fransada geniş ictimai debatlar gözlənilir. Xüsusilə hicab və dünyəvilik məsələsi ölkədə artıq uzun illərdir siyasi gərginlik mövzusudur.

    #Fransa #hicab #Hicab qadağası #Hicablı qadınlara hücumlar #Fransada hicab qadağası #15 yaşdan kiçiklərə hicab yasağı #Fransa parlamenti islamçı separatizm hesabatı 2025 #16 yaşdan aşağı qızlarda hicab qadağası Fransa #Məscidlərin siyasi məqsədlər üçün istifadəsinin qarşısı #Fransada dini təşkilatlara maliyyə nəzarəti təklifləri #Fransa hicab qadağası və gənclər hüquqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    Türkiyədən Fransaya hazır geyim ixracı 747 milyon dolları keçib (ÖZƏL)

    30 Noyabr 2025 09:00

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    27 Noyabr 2025 15:28

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    26 Noyabr 2025 14:45

    Abbas Əraqçi ikitərəfli və regional məsələləri müzakirə üçün bu həftə Fransaya səfər edəcək

    25 Noyabr 2025 10:16

    Türkiyədən Fransaya polad ixracı artıb (ÖZƏL)

    24 Noyabr 2025 10:36

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    Sarkozi həbsxana xatirələrindən kitab yazıb

    22 Noyabr 2025 13:08
    Demo
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Almaniya Kansleri Prezident İlham Əliyevə zəng edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.