BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Fransaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 667 milyon 583 min 38 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Fransaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq, 61 milyon 64 min 49 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 645 milyon 208 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 32 milyard 132 milyon 994 min dollar məbləğində kimyəvi maddə ixrac edib.