Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Liviya yenidən mərkəzə çevrilir - Vaşinqton, Ankara və Roma planı işə düşür

    7 Oktyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Liviyada son dövrlərdə müşahidə olunan dəyişikliklər, Türkiyə, İtaliya və ABŞ arasında yeni bir siyasi cəbhənin formalaşdığını göstərir. Bu üç ölkə, Liviya məsələsinə balanslı yanaşma mövqeyini bölüşərək anlayıblar ki, ölkənin şərqi ilə qərbi arasındakı parçalanma ilə idarə edilə bilməz.

    Bu kontekstdə, Milli Birlik Hökumətinin səlahiyyət müddəti başa çatmış rəhbəri Əbdülhəmid Dəibənin avqust ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın baş naziri Corciya Meloninin ortaq dəvəti ilə İstanbul səfəri təkcə rəsmi-protokol hadisəsi deyildi. Bu görüş, Ankara və Roma arasında Liviyanın gələcəyi ilə bağlı koordinasiyalı bir diplomatik hərəkətin tərkib hissəsi idi.

    Atlantik Şurasının tədqiqatçıları Frank Talbot və Karim Mezranın hesabatına görə, bu üçtərəfli görüşdən daha önəmli olan, ardınca Türkiyə və İtaliyanın siyasətində baş verən dönüşlərdir. Hər iki ölkə artıq Liviyanın şərqindəki qüvvələrlə əlaqə qurmağa başlayıb. Bu, əvvəlki kimi yalnız Tripolidəki hökumətə yönələn siyasətdən fərqli olaraq, ABŞ-ın “paralel əlaqə” modelini mənimsədiklərinin açıq göstəricisidir.

    İtaliyanın daxili işlər naziri Mattteo Piantedozinin iyun ayında Liviya Milli Ordusunun komandanı Xəlifə Həftərin oğlu Səddam Həftərlə görüşməsi, eləcə də Ankaranın Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalını Benqaziyə göndərərək Həftərlə və oradakı hərbi rəhbərlərlə birbaşa danışıqlar aparması bu yeni istiqamətin bariz nümunəsidir.Həftərlə təmaslar, artıq Liviya böhranının tək bir tərəfə söykənərək idarə olunmasının mümkün olmadığını göstərən artan anlayışın nəticəsidir.

    Şərq olmadan sabitlik mümkün deyil

    Türkiyə və İtaliyanın paralel addımları göstərir ki, Liviyada sabitlik prosesinin istənilən uğuru, ölkənin şərq bölgəsinin - yəni Benqazinin - hərbi, siyasi və iqtisadi çəkisini nəzərə almadan mümkün deyil.

    Eyni zamanda Vaşinqton bu istiqamətin koordinasiyaedici mərkəzi rolunu oynayır. ABŞ-ın xüsusi məsləhətçisi Məsəd Bulos son aylarda intensiv diplomatik fəaliyyət göstərərək Tripoli və Benqaziyə səfərlər edib, həm Dəibə, həm də Həftərlə görüşüb.

    Bu mənzərədə Liviya həm ABŞ, həm də Avropa üçün əvəzolunmaz strateji məkan olaraq qalır. Çünki Liviya Afrikanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olmaqla yanaşı, Aralıq dənizinin cənubundakı sabitliyin əsas faktoru və Avropaya qeyri-qanuni miqrasiyanın mühüm tranzit nöqtəsidir.

    Beləliklə, Avropa üçün Liviya sabitliyi təkcə enerji təhlükəsizliyi deyil, həm də miqrasiya axınlarını və dəniz təhlükəsizliyini idarəetmə məsələsidir.

    ABŞ, Türkiyə və İtaliyanın fərqli, amma tamamlayıcı məqsədləri

    Vaşinqtonun baxımından əsas məqsəd təkcə təhlükəsizlik deyil. ABŞ Milli Neft Şirkəti və Mərkəzi Bank kimi əsas institutların peşəkar və müstəqil fəaliyyətini dəstəkləməklə daha şəffaf iqtisadi model və uzunmüddətli siyasi sabitlik qurmaq istəyir.

    Ankara isə Liviyanı həm iqtisadi, həm də geosiyasi maraqların qovuşduğu məkan kimi görür.
    Türkiyə üçün Liviya ilə imzaladığı dəniz və hərbi sazişlər, onun Şərqi Aralıq dənizindəki nüfuzunu artırmağa imkan verir, Liviya qərbindəki iqtisadi-tikinti layihələri isə Türkiyəni bölgədə əsas oyunçu kimi möhkəmləndirir.

    İtaliya isə daha mürəkkəb vəziyyətdədir. Liviya onun üçün Cənubdan gələn təhlükəsizlik, enerji və miqrasiya problemlərinin qapısıdır.
    Buna görə də, Roma - son illərdə Parislə Liviya məsələsində yaşadığı gərginliklərdən sonra - bu dəfə Ankara və Vaşinqtonla əməkdaşlıq etməyə daha açıq mövqe nümayiş etdirir.

    Sentyabr ayında Bulosun Romaya səfəri və onun yaxın zamanda Neapolda keçiriləcək “Aralıq dənizi Dialoqları” konfransında iştirakı bu yeni diplomatik dinamikanın göstəricisidir.
    Bu proses çərçivəsində Liviya məsələsində daha praqmatik və sabit üçtərəfli yanaşmanın formalaşdığı aydın görünür.

    Bu transformasiya, “ABŞ tipli balanslı iştiraketmə modeli” adlandırıla biləcək bir yanaşmanın qəbul edilməsinə işarə edir.
    Bu model, Liviyanın yalnız bir tərəfinin dəstəklənməsi ilə deyil, bütün aktorlarla paralel əlaqə saxlamaqla idarə olunması zərurətindən doğur.
    Bu üsul həm də enerji və infrastruktur sahələrində investisiyalara şərait yaradır - yəni iqtisadi maraqlar təhlükəsizlik məqsədləri ilə birləşir.

    ABŞ diplomatiyasının qayıdışı

    ABŞ bu yeni quruluşda özünü rahat və rəhbər mövqedə hiss edir. Çünki Vaşinqton həm Avropa, həm də regional müttəfiqlərini qarşıdurma deyil, birləşmə prinsipinə əsaslanan yanaşmaya sövq etməyə nail olub.
    Türkiyə və İtaliyanın da ABŞ-ın regional strategiyası ilə toqquşmadan aktiv rol oynamaq istəyi, bu siyasətin əsas dayağıdır.Lakin bu “iqtisadiyyat vasitəsilə sabitlik” yanaşması özündə mürəkkəb riskləri də daşıyır.
    Liviyada silahlı qruplaşmaların hökm sürdüyü, korrupsiyanın dərinləşdiyi və parçalanmanın dərin olduğu bir şəraitdə, təkcə iqtisadi canlanmaya güvənmək sabitlik üçün kifayət etmir.

    Hər hansı bir xarici investisiya və ya bərpa təşəbbüsü milli institutların birləşməsi və silah nəzarətinə bağlı qalacaq.
    Bundan başqa, Türkiyə və İtaliya arasında görünməz rəqabət hələ də qalmaqdadır — xüsusilə Türkiyənin infrastruktur layihələrindəki şirkətləri ilə İtaliyanın enerji və miqrasiya maraqları arasında fərqlər açıq görünür.

    Liviya çoxqütblü dünyanın sınaq meydanıdır

    Bir çox xarici oyunçunun iştirakı fonunda Liviya ABŞ diplomatiyasının çoxqütblü dünyaya uyğunlaşma bacarığını sınağa çəkir.
    Vaşinqtonun müttəfiqlərini “balanslı yanaşmaya” inandırması sabit nəticələrin təminatı deyil, əksinə müxtəlif prioritetlərə malik güclər arasında daimi tarazlıq oyunu deməkdir.

    Liviya, Ukrayna və ya Uzaq Şərq kimi Vaşinqtonun əsas prioritetləri sırasında olmasa da, ABŞ diplomatiyasının hələ də hadisələrin istiqamətini dəyişdirmə gücünə malik olduğunu göstərir - təki onun əlində uyğun vasitələr və əməkdaş tərəfdaşlar olsun.

    Nəticə etibarilə, Liviya beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyur – artıq klassik “şərq–qərb” bölünməsi modelindən uzaqlaşaraq Vaşinqton–Ankara–Roma üçbucağı əsasında daha realist, lakin həssas bir tarazlıq formalaşdırır.

    Lakin bu tarazlıq Liviyanın daxili institutlarının islahatı ilə dəstəklənmədiyi halda, müvəqqəti və kövrək olaraq qalacaq.

    #Liviya #Liviya Mərkəzi Bankı #Liviya Müəmmər Qəddafinin devrilməsi #Türkiyə-Liviya müqaviləsi #Türkiyə Liviyada enerji müqaviləsi #Türkiyə–İtaliya–Liviya Üçtərəfli Zirvəsi #Frank Talbot #Karim Mezra #Xəlifə Həftər #Səddam Həftər #Məsəd Bulos #ABŞ Milli Neft Şirkəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Liviyaya məxsus təyyarənin qara qutusu və səs yazma cihazı zədələnib - Türkiyə

    7 Yanvar 2026 13:19

    ABŞ-ın qlobal cinayət dosyesi: Soyqırımlardan işğallara

    31 Dekabr 2025 22:00

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    25 Dekabr 2025 14:37

    Liviya heyətini daşıyan təyyarənin qaraqutusu və səs yazma cihazı tapılıb

    24 Dekabr 2025 11:20

    Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi

    13 Dekabr 2025 09:00

    Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır

    9 Dekabr 2025 18:14

    Liviya 2026-cı ilin aprelində prezident və parlament seçkilərinə hazırlanmağa başlayıb

    9 Dekabr 2025 13:00

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər və regional məsələlər danışılıb

    7 Noyabr 2025 14:10

    Liviya ilə Qərb arasındakı gərgin tarazlıq: iki əsrlik qarşıdurmanın xronikası

    26 Oktyabr 2025 19:00
    Demo
    XƏBƏR LENTİ

    “Sahibkar” anlayışını kim formalaşdırıb?

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.