Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Misirin Sinayda hərbi mövcudluğunu artırması: Daxilə arxayınlıq, İsrailə xəbərdarlıq

    26 Avqust 2025 11:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Qəzza zolağında vəziyyətin gərginləşməsindən bəri Misir zaman-zaman müxtəlif hərbi siqnallar göndərir. Bu addımlarla ölkə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzü dəf etməyə qadir olduğunu nümayiş etdirir. Misirli hərbi rəsmilər İsrailin adını açıq çəkməsələr də, bu mesajların hamısı dolayı yolla İsrailə ünvanlandığı kimi şərh edilir. Ən diqqətçəkən addımlar arasında Şimali Sinay bölgəsinə ağır texnikanın gətirilməsi və Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında əsgərlərin sayının artırılması var.

    İordaniya hərbi nümayəndə heyətinin Qahirəyə səfəri də regional təhdidlərin böyüklüyünə işarə kimi qiymətləndirildi. Qahirə və Əmman Qəzzadakı hadisələrin hər iki ölkənin təhlükəsizliyinə təsirindən ehtiyat edir. Çünki İsrailin fələstinliləri məcburi köçkün vəziyyətinə salmaq və onların məsələsini ləğv etmək planı həm Misiri, həm də İordaniyanı hədəfə alır.

    Bazar günü Misirin müdafiə naziri general-polkovnik Əbdülməcid Səqr İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yusif Əhməd Həniti ilə görüşdü. Görüşdə iki ölkənin orduları arasında əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq proseslərin Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə təsiri müzakirə edildi.

    Təhlükə hissi və yüksək səfərbərlik ehtiyacı

    Bu cür hərbi tədbirlər yaxın və qəfil təhlükə hissindən xəbər verir və yüksək səfərbərlik zərurətini ortaya qoyur. Görüşün vaxtı da ciddi narahatlıqlara işarədir və təhlükəsizlik boşluqlarının qarşısını almaq üçün koordinasiyanın vacibliyini göstərir. Misir və İordaniya isə hazırda İsrailə qarşı birbaşa hərbi toqquşmaya girmək fikrində deyil.

    Ali hərbi rəhbərlikdən gələn müxtəlif siqnallar da göstərir ki, hazırlıq təkcə Qəzza ilə bağlı deyil. Çünki Qərbdən – Liviyadan fəaliyyət göstərən radikal qruplar, yaxud Cənubdan – Sudandakı vətəndaş müharibəsi və onun yaratdığı sərhəd boşluqları da Misir üçün təhdidlərdir. Bundan əlavə, Qırmızı dənizin cənubunda baş verən hərbi əməliyyatlar Süveyş kanalında gəmilərin hərəkətinə mane olur və gəlirlərə mənfi təsir göstərir.

    Ordunun mesajı: Təhlükəsizlik boşluğu buraxılmayacaq

    Müdafiə nazirinin Qərb bölgəsindəki komandanlarla görüşü həm də “ordunun diqqəti yalnız Sinaya yönəlib” tipli şayiələri rədd etmək məqsədi daşıyırdı. Misir ordusu hesab edir ki, bütün təhdidlərə cavab vermək gücündədir, amma xalqın dəstəyi vacibdir.

    Nazirin bəyanatında ordunun “həyati məsələləri taleyin ümidinə buraxmadığı” mesajı da vardı. Yəni kiçik təhlükə belə böyüyə çevrilə bilər, buna görə də çoxşaxəli hazırlıq potensial rəqiblər üçün əsas çəkindirmə vasitəsidir.

    Rəsmi açıqlamada bildirildi ki, görüş Baş Qərargah rəisi Əhməd Xəlifə, əsas qoşun növlərinin komandanları və digər yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilib. Bu, hər an baş verə biləcək təhlükəyə qarşı yüksək döyüş hazırlığı siqnalı sayılır.

    İsrailin planları və Misirin narahatlığı
    Müşahidəçilər qeyd edir ki, İsrail ordusunun Qəzza şəhərini tam ələ keçirmək və əhalini cənuba – Misir sərhədinə doğru sıxışdırmaq planı çox təhlükəlidir. Çünki bu halda fələstinlilər Misir torpaqlarına keçməyə məcbur ola bilər və artıq geri qaytarılmayacaqlar.

    Bunun fonunda İsrail baş naziri Benyamin Netanyahunun televiziya çıxışında dilə gətirdiyi “Böyük İsrail” anlayışı təsadüfi sayıla bilməz. Bu, Qəzza müharibəsinin bölgədə yeni müharibələrə giriş ola biləcəyini göstərir. Bu da Misir hərbi doktrinasında İsraillə sülhə güvənməklə kifayətlənməmək, daima hazır olmaq prinsipini daha da gücləndirir.

    Misirin narahatlığını artıran digər məqam da İsrail hökumətinin HƏMASla danışıqları pozmasıdər. Bu səbəbdən Qahirə dəfələrlə İsrailin hərbi əməliyyatlarını qınayıb və beynəlxalq ictimaiyyəti daha böyük partlayış baş vermədən hərəkətə keçməyə çağırıb.

    #Qəzza #İsrail #Qəzza zolağı #Misir #İordaniya #Qahirə #Qəzza hücumu #Səudiyyə Ərəbistanı və Misirin Fələstin siyasəti #Regional təhlükəsizlik #Qəzza münaqişəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Misir və Səudiyyə Qəzza planı #Misir və İordaniyanın Qəzzə mövqeyi #İordaniyada Qəzza ilə həmrəylik nümayişlərinin siyasi nəticələri #Əbdülməcid Səqr #Yusif Əhməd Həniti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    15 Fevral 2026 13:00

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.