BAKI, AzerVoice
"Eyüpspor" "Fənərbaxça"dan icarəyə götürdüyü Emir Ortakayanı göndərib.
AzerVoice xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul nəhəngi türkiyəli müdafiəçini başqa kluba icarəyə verib. Emir mövsümün ikinci yarısında "Rizespor"un formasını geyinəcək.
Qeyd edək ki, Emir Ortakaya 2025-ci ilin iyulundan "Eyüpspor"da çıxış edirdi.