Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    “Polad Günbəz” ilin sonunadək Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək

    2 İyul 2025 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin milli hava hücumundan müdafiə konsepsiyası olan “Polad Günbəz” sisteminin əsas elementlərindən biri sayılan “SİPER Ürün-2” uzun mənzilli raket kompleksinin 2025-ci ilin sonunadək Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil verilməsi planlaşdırılır.

    AzerVoice xəbər verir ki, ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE-nin birgə istehsalı olan SİPER Ürün-2 sistemi, 100 kilometrdən artıq mənzili və inkişaf etmiş hədəf izləmə texnologiyası ilə beynəlxalq standartlara uyğun müdafiə həlli kimi qiymətləndirilir.

    SİPER Ürün-2-nin ordunun istifadəsinə verilməsi TSK-nın uzun mənzilli hava hücumundan müdafiə potensialı əhəmiyyətli dərəcədə artacaq. Yeni sistem, hazırda istifadədə olan HİSAR-A və HİSAR-O kompleksləri ilə müqayisədə daha geniş radar əhatəsinə, daha yüksək aşkarlama və məhv etmə qabiliyyətinə malikdir.

    Raket kompleksi təyyarə, qanadlı raket, pilotsuz uçuş aparatları və ballistik raketlər kimi yüksək sürətli təhdidlərə qarşı çoxqatlı müdafiə strategiyası çərçivəsində fəaliyyət göstərəcək. Bu xüsusiyyətləri ilə SİPER Ürün-2, Türkiyənin strateji obyektlərinin və kritik infrastrukturunun qorunmasında güc çarpanına çevriləcək.

    Sistem, ASELSAN-ın hazırladığı radar və idarəetmə modulları ilə ROKETSAN tərəfindən istehsal olunan raket sistemlərini birləşdirərək yüksək dəqiqlikli hava müdafiə arxitekturası formalaşdırır. İnkişaf prosesində bir sıra çətin sınaqlardan uğurla keçmiş SİPER Ürün-2, beynəlxalq səviyyədə rəqabətədavamlı bir silah sistemi kimi dəyərləndirilir.

    Layihə ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və MKE şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilir.

    #Türkiyə #ASELSAN #Türkiyə Silahlı Qüvvələri #TÜBİTAK #TÜBİTAK SAGE #ROKETSAN #TSK #HİSAR #Polad Günbəz #SİPER-2
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TAYFUN BLOK-4 və hipersəs sistemləri 2026-cı ildə seriyalı istehsala keçir

    19 Yanvar 2026 13:07

    ROKETSAN keçən il ixracatda rekord artım nümayiş etdirərək 2 milyard dolları keçib

    19 Yanvar 2026 12:56

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    14 Yanvar 2026 17:43

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28

    Antalyada korrupsiyaya qarşı əməliyyat: 15 nəfər saxlanıldı

    14 Yanvar 2026 11:39
    Demo
    XƏBƏR LENTİ

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib

    Suriya: dünəndən bu günə

    Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    Suriya razılaşması: hərbi nailiyyətdən siyasi legitimliyə keçid

    Ombudsman bəyanat yaydı

    Azərbaycanda ölümlərin sayı artıb

    Ötən il nikahların və boşanmaların sayında azalma müşahidə olunub

    2025-ci ilin sonunda ölkə əhalisinin sayı 10,26 milyon nəfəri ötüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.