Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Filippində tayfun fəlakəti nəticəsində ölənlərin sayı 200 nəfəri keçib

    8 Noyabr 2025 11:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Filippində Sakit okeandan gələn “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 204 nəfərə yüksəlib.

    AzerVoice xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfunun yol açdığı dağıntılar və qəzalarla bağlı açıqlama yayıb.

    Məlumatda bildirilib ki, ölkə daxilində “Tino” adlandırılan “Kalmaegi” tayfunu nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb.

    Rəsmi məlumatlara görə, ölkə üzrə 5 mindən çox yaşayış məntəqəsində 1 milyon 951 mindən artıq insan təbii fəlakətdən zərər çəkib, 4 min 933 təxliyə mərkəzində isə 127 mindən çox ailə müvəqqəti sığınacaq tapıb.

    Filippin Prezidenti Ferdinand Marcos Jr. fəlakətlə bağlı keçirdiyi müşavirədə ölkədə “fövqəladə vəziyyət” elan edildiyini bildirib.

    Prezident qeyd edib ki, bu qərar hökumətə fövqəladə müdaxilə imkanlarını genişləndirmək və təcili yardım fondlarını daha sürətli şəkildə bölgələrə çatdırmaq imkanı verəcək.

    Xatırladaq ki, 2013-cü ilin noyabrında Filippini vuran “Haiyan” tayfunu nəticəsində 7 min 300-dən çox insan həlak olmuşdu.

    #Filippin #sel #sel fəlakəti #tayfun #Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    TAYFUN BLOK-4 və hipersəs sistemləri 2026-cı ildə seriyalı istehsala keçir

    19 Yanvar 2026 13:07

    Filippinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

    7 Yanvar 2026 09:21

    Çin və Filippin arasında Cənubi Çin dənizində gərginlik artıb

    17 Dekabr 2025 17:13

    Taylandın cənubunda sel fəlakətində ölənlərin sayı 150-ə çatıb

    28 Noyabr 2025 15:33

    Azərkosmos Filippində Azərbaycanın genişlənən kosmik iqtisadiyyatını təqdim edib

    20 Noyabr 2025 16:12

    Filippində tayfun fəlakəti nəticəsində ölənlərin sayı artıb

    6 Noyabr 2025 10:38

    Vyetnamda sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 30- u keçib

    3 Noyabr 2025 11:54

    Melissa qasırğası Haitidə 20-dən çox insanın həyatına son qoyub

    30 Oktyabr 2025 11:44

    Meksikada güclü yağışların törətdiyi sel fəlakətində ölənlərin sayı 72-yə yüksəldi

    18 Oktyabr 2025 12:10

    Filippində 6,1 bal zəlzələ baş verib

    17 Oktyabr 2025 11:05

    Filippinlərdə 7,4 bal gücündə zəlzələdən sonra 6,9 bal gücündə ikinci zəlzələ baş verib

    10 Oktyabr 2025 16:07
    XƏBƏR LENTİ

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.