Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    13 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanına endirilən hücumla bağlı açıqlama verərək, hadisənin müharibənin Qara dəniz akvatoriyasına yayılması ilə bağlı narahatlıqların əsaslı olduğunu göstərdiyini bildirib.

    AzerVoice xəbər verir ki, Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, bu gün Çornomorsk limanına edilən hücum zamanı Türkiyə şirkətinə məxsus, xarici bayraq altında üzən bir gəmi zərər görüb. Açıqlamada vurğulanıb ki, bölgədə davam edən müharibənin Qara dəniz məkanına keçməsi dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl səsləndirilən narahatlıqları təsdiqləyir.

    İlkin məlumatlara əsasən, gəmidə olan heyət üzvləri və yük avtomobili sürücüləri təxliyə edilib, hücum nəticəsində Türkiyə vətəndaşları arasında xəsarət alan olmayıb. Bildirilib ki, Türkiyənin Odesadakı Baş Konsulluğu vəziyyəti yaxından izləyir və zəruri dəstək göstərilir.

    Nazirlik bəyanatında Rusiya-Ukrayna müharibəsinin təcili şəkildə dayandırılmasının vacibliyi bir daha vurğulanıb. Eyni zamanda Qara dənizdə eskalasiyanın qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyinin təmin olunması, eləcə də enerji və liman infrastrukturlarını hədəf alan hücumların dayandırılması üçün müvafiq razılaşmanın zəruriliyi xatırladılıb.

    #Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumu ilə bağlı açıqlama verib #Çornomorsk limanına hücum Qara dənizdə təhlükəsizlik narahatlıqlarını artırıb #Türkiyə: Qara dənizdə naviqasiya təhlükəsizliyi risk altındadır #МИД Турции выступил с заявлением по поводу атаки на порт Черноморск #Анкара предупредила об угрозе безопасности судоходства в Чёрном море #Атака на Черноморск усилила обеспокоенность Турции #Turkish Foreign Ministry issues statement on attack on Chornomorsk port #Turkey warns over maritime security risks in the Black Sea #Attack on Chornomorsk raises navigation safety concerns #says Turkey
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan rəqəmsal dövrün təhlükələri barədə xəbərdarlıq edib

    17 Yanvar 2026 19:05

    Hakan Fidan İraq və İordaniyalı həmkarları ilə regional gərginliyi müzakirə edib

    17 Yanvar 2026 17:46

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    17 Yanvar 2026 14:04

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    16 Yanvar 2026 14:59

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    16 Yanvar 2026 14:56

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    16 Yanvar 2026 13:13

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    İstanbulda narkotik ticarəti ilə məşğul olan 23 şübhəli barəsində həbs qərarı verilib

    16 Yanvar 2026 10:17

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    15 Yanvar 2026 20:02

    İsrailin Türkiyəyə qarşı hərbi üstünlük lobbiçiliyi absurddur - ABŞ-ın keçmiş rəsmisi

    15 Yanvar 2026 19:34
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.