Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

    20 Noyabr 2025 13:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

    AzerVoice-in məlumatına görə, qanun layihəsi parlamentin dünənki və bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

    Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur.

    Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

    2026-cı il üçün dövlət büdcəsinin gəlirləri

    2026-cı il dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7929,4 milyon manat və ya 25,8 faiz artıb.

    Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25774,0 milyon manat nəzərdə tutulur ki, bu da 2025- ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1899,0 milyon manat və ya 8,0 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1393,2 milyon manat və ya 5,7 faiz çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1646,0 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır.

    2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16435,0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22174,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1876,0 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2129,0 milyon manat və ya 10,6 faiz çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1126,6 milyon manat və ya 6,4 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2573,8 milyon manat və ya 13,1 faiz çox proqnozlaşdırılır.

    2026-cı il üçün dövlət büdcəsinin xərcləri

    2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9639,0 milyon manat və ya 30,1 faiz artıb.

    Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60,3 faiz və ya 25161,2 milyon manat (2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrasına nisbətən 3817,2 milyon manat və ya 17,9 faiz çox), əsaslı xərclər 33,8 faiz və ya 14084,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya 2457,6 milyon manat (2025-ci illə müqayisədə 58,0 milyon manat və ya 2,4 faiz, 2024-cü ilin icrasına nisbətən 1162,0 milyon manat və ya 89,7 faiz çox) təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsinin cari xərclərinin 88,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd çoxdur.

    2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10247,6 milyon manat (2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çox) və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7038,5 milyon manat (2025-ci illə müqayisədə 1529,1 milyon manat və ya 27,8 faiz çox) və ya xərclərin 16,9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1380,6 milyon manat (2025-ci illə müqayisədə 80,6 milyon manat və ya 6,2 faiz çox) və ya xərclərin 3,3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1071,4 milyon manat və ya xərclərin 2,6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3308,1 milyon manat və ya xərclərin 7,9 faizi həcmində, sosial ödənişlərə 3433,6 milyon manat (2025-ci illə müqayisədə 68,9 milyon manat və ya 2,0 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62,1 milyon manat (2025-ci illə müqayisədə 11,1 milyon manat və ya 21,6 faiz çox) və ya xərclərin 0,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8 milyon manat və ya xərclərin 33,3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0 milyon manat və ya xərclərin 0,4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0 milyon manat və ya xərclərin 2,7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına “Sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.

    Dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi

    2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari ilin səviyyəsindədir.

    Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026- cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

    #Milli Məclis #Azərbaycanın dövlət büdcəsi #Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi #Dövlət büdcəsi #Milli Məclis büdcə müzakirəsi #neft-qaz sektoru gəlirləri #dövlət borcunun xidmət xərcləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət makroiqitsadi dayanıqlılığının artmasına səbəb olub – Sahibə Qafarova

    19 Noyabr 2025 11:25

    Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

    18 Noyabr 2025 19:25

    Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü qeyd olunub

    13 Noyabr 2025 21:34

    Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev

    13 Noyabr 2025 12:38

    Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

    11 Noyabr 2025 20:14

    Azərbaycanın Zəfəri – Tarixi Ədalətin Bərpası

    8 Noyabr 2025 11:57

    Azərbaycan bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir - Sahibə Qafarova

    7 Noyabr 2025 22:37

    Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib

    7 Noyabr 2025 22:01

    Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib

    7 Noyabr 2025 14:29

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu

    6 Noyabr 2025 16:16

    Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

    6 Noyabr 2025 15:30

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    5 Noyabr 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Özbəkistana tekstil ixracı azalıb (ÖZƏL)

    Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

    Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

    İsrailin Qəzza hücumlarında 19 min uşaq həlak olub

    Türkiyənin Tekirdağ limanı 20 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Ruandanın İKT və İnnovasiya naziri Azərkosmosun Peyk İdarəetmə Mərkəzini ziyarət edib

    Suriya ordusu ilə PKK arasında toqquşma baş verib

    ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər Xiyabanını ziyarət edib

    Quba İş Adamlarına Dəstək platforması 1 illik fəaliyyətini təqdim etdi

    Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.