Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    ABŞ Mərkəzi Asiya ölkələri üçün viza depoziti tətbiq edəcək

    9 Yanvar 2026 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Dövlət Departamenti Qırğızıstan, Tacikistan və Türkmənistanı turist və işgüzar B1/B2 vizaları üçün məcburi vizə depoziti tətbiq edilən 38 ölkənin siyahısına daxil edib.

    AzerVoice xəbər verir ki, yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslərdən 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit tələb oluna bilər. Depozitin məbləği konsulluqda keçirilən müsahibə zamanı fərdi qaydada müəyyən edilir.

    Qırğızıstan və Tacikistan vətəndaşları üçün tələblər 21 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Türkmənistan vətəndaşları üçün isə bu mexanizm 1 yanvar tarixindən etibarən tətbiq olunur.

    Proqrama görə, viza depoziti yalnız konsulluq əməkdaşı müraciətçinin viza almaq hüququnu təsdiqlədikdən sonra ABŞ Xəzinədarlığının rəsmi platforması vasitəsilə ödənilir. Bununla belə, depozitin yatırılması vizanın mütləq verilməsinə zəmanət vermir.

    Belə vizaya sahib şəxslər ABŞ-a yalnız əvvəlcədən müəyyən edilmiş giriş-çıxış məntəqələrindən istifadə edə biləcəklər. Siyahıya Boston-Loqan Beynəlxalq Hava Limanı, Vaşinqton Beynəlxalq Hava Limanı və Con F. Kennedi Beynəlxalq Hava Limanı daxildir.

    Vizitor ABŞ-ı müəyyən olunmuş müddətdə tərk edərsə, vizadan istifadə etməzsə və ya ölkəyə girişdən imtina edilərsə, depozit məbləği tam şəkildə geri qaytarılır. Şərtlərin pozulması — qalma müddətinin aşılması, ölkədə qanunsuz qalma və ya qeyri-immiqrasiya statusunun dəyişdirilməsi (o cümlədən sığınacaq üçün müraciət) — hallarında isə depozit saxlanılır.

    Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baisalov ABŞ-ın yüksək vizə depoziti tətbiqini şərh edərək, Vaşinqtonun yeni tələblərinə cavab olaraq ABŞ vətəndaşları üçün mövcud vizasız rejimin yenidən nəzərdən keçirilməsini təklif edib. Onun sözlərinə görə, viza siyasəti paritetlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır və Qırğızıstan vətəndaşları üçün belə maliyyə baryerləri cavabsız qala bilməz.

    US introduces visa bond program, Central Asia US visa deposit, B1 B2 visa bond rules, US Treasury visa bond payment, visa policy parity Central Asia

    #Qırğızıstan #ABŞ Mərkəzi Asiya ölkələri üçün vizə depoziti tətbiq edir #Tacikistan və Türkmənistan vətəndaşları üçün yeni vizə qaydaları #ABŞ B1/B2 vizaları üzrə yüksək maliyyə tələbləri qoyur #Vaşinqton Mərkəzi Asiya üçün vizə siyasətini sərtləşdirir #ABŞ-a səfər üçün minlərlə dollarlıq depozit tələb olunacaq #ABD Orta Asya ülkeleri için vize teminatı getiriyor #Kırgızistan #Tacikistan ve Türkmenistan vatandaşlarına yeni ABD vize şartları #ABD B1/B2 vizeleri için yüksek depozito uygulaması #Washington vize politikasını sıkılaştırıyor #ABD vize teminatı Orta Asya’da tepki çekti #US visa bond policy targets selected countries #Washington tightens B1/B2 visa requirements #US sets high visa bonds for Kyrgyzstan #Tajikistan and Turkmenistan #Central Asian travelers face new US visa deposit rules #US introduces visa bond for Central Asian countries
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Ədliyyə Nazirliyində Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

    15 Yanvar 2026 15:17

    Qırğızıstan və Özbəkistan əməkdaşlığı genişləndirir

    14 Yanvar 2026 13:12

    Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    28 Dekabr 2025 10:00

    Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    25 Dekabr 2025 14:46

    Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 51 milyon dolları keçib (ÖZƏL)

    25 Dekabr 2025 09:12

    Türkiyədən Qırğızıstana xalça ixracı 19 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 10:00

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    18 Dekabr 2025 15:52

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    15 Dekabr 2025 09:55

    Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    12 Dekabr 2025 10:53

    Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb

    10 Dekabr 2025 16:53

    Türkiyədən Qırğızıstana polad ixracı azalıb (ÖZƏL)

    9 Dekabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.