Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə Nazirlər Kabineti iclasında təyyarə qəzası müzakirə olunub

    17 Noyabr 2025 18:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası bu gün Ankara Beştepedə keçirilib. AzerVoice xəbər verir ki, toplantının əsas gündəmində Gürcüstan–Azərbaycan sərhədində baş verən hərbi təyyarə qəzası, “Terrorsuz Türkiyə” strategiyası, iqtisadi proseslər və regional gərginliklər yer alıb.

    Gürcüstan–Azərbaycan sərhədində baş verən və 20 hərbçinin şəhid olması ilə nəticələnən təyyarə qəzasından sonra bölgəyə Türk Silahlı Qüvvələrinin xüsusi araşdırma qrupu göndərilmişdi. Milli Müdafiə Naziri Yaşar Gülərin həmin qrupun topladığı delillər və ilkin tapıntılarla bağlı kabinəyə geniş təqdimat verməsi gözlənilir.

    PKK-nın silah buraxdığını və Türkiyə ərazisindən tam çəkildiyini elan etməsindən sonra hökumət, terrorla mübarizədə yeni mərhələyə keçir. İclasda sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin davamı, əməliyyat sonrası planlamalar və sahədəki son vəziyyət müzakirə olunub.

    Hökumətin iqtisadi gündəliyi çərçivəsində inflyasiya ilə mübarizə, qiymət sabitliyi və iqtisadi sabitləşdirici tədbirlərin icrası da toplantının vacib hissəsi olub. İlin sonuna qədər tətbiq ediləcək yeni addımlar və iqtisadi islahatlar müzakirəyə çıxarılıb.

    Regional təhlükəsizlik məsələləri çərçivəsində Qəzzədə atəşkəs sonrası humanitar böhran və Suriyadakı siyasi-hərbi vəziyyət də geniş təhlil edilib. Türkiyənin bölgəyə yardım səyləri və beynəlxalq diplomatik təşəbbüsləri dəyərləndirilib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyənin Milli Müdafiə nazirliyi #Ankara #Yaşar Gülər #Humanitar fəlakət Qəzza #terrorsuz Türkiyə #Ankara Beştepe #PKK-nın silah buraxması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ordusu SDQ-ə qarşı əməliyyata başlayacaq

    7 Yanvar 2026 16:36

    Qəzzada uşaqlar aclıq və travma səbəbindən mənimsəmə qabiliyyətlərini itirirlər

    7 Yanvar 2026 10:02

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45

    Malayziya Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    6 Yanvar 2026 17:33

    Mert Günok Beşiktaşdan ayrıldı

    6 Yanvar 2026 17:05

    Türkiyədə dövlət xəstəxanalarında laboratoriya xidmətləri satın alınacaq

    6 Yanvar 2026 17:00

    Türkiyədə 99 mənzilli yaşayış kompleksi inşa olunacaq

    6 Yanvar 2026 14:00

    Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyü müzakirə mövzusu deyil - İspaniya

    6 Yanvar 2026 09:19

    "Qalatasaray" Türkiyə Superkubokunda finala yüksəlib

    6 Yanvar 2026 09:09

    Türkiyədə yeni Ədliyyə binasının tikintisi üçün tender elan edilib

    5 Yanvar 2026 14:00

    Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

    5 Yanvar 2026 13:24

    Prezidentə edilən hər təhdid Türkiyəyə qarşı yönəlib - Ömər Çelik

    5 Yanvar 2026 12:35
    Demo
    XƏBƏR LENTİ

    ABŞ niyə Qrenlandiyanı istəyir? Tarixi sazişlər, gizli razılaşmalar və Arktik geosiyasət

    ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə əmr gözləmədən cavab veriləcək - Danimarka mətbuatı

    Tarixdə bu gün – 8 yanvar

    Duman səbəbindən bir sıra yollarda sürət həddi endirilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qusarda Kənd Həyatı layihəsinin qonağı olub

    Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

    Fələstinli xristianlar İsrail işğalı şəraitində Miladı qeyd ediblər

    Güləş üzrə Azərbaycan çempionatına start verilib

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.