Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    8 Noyabr 2025 00:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

    "8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur. Azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarix, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzidir.

    Beş il öncə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

    Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər, cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu.

    Son beş il ərzində ölkəmiz misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşayır.

    “Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəldir.

    Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir.

    Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq edir.

    Azərbaycan regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynayır.

    8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.

    Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır.

    8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.

    Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.

    Zəfər Günümüz mübarək!".

    #Azərbaycan XİN #Ceyhun Bayramov #44 günlük Vətən müharibəsi #İkinci Qarabağ müharibəsi #8 Noyabr – Zəfər Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib

    31 Yanvar 2026 13:36

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    30 Yanvar 2026 13:03

    Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşdü

    27 Yanvar 2026 12:40

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    26 Yanvar 2026 12:45

    XİN-də postmünaqişə dövründə diplomatik fəaliyyət məsələləri müzakirə olundu: müvafiq tapşırıqlar verildi

    23 Yanvar 2026 19:00

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    23 Yanvar 2026 14:47

    Ceyhun Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdü

    22 Yanvar 2026 13:59

    Azərbaycan və Türkiyə XİN rəhbərləri regional təhlükəsizlik və əməkdaşlığı müzakirə etdilər

    20 Yanvar 2026 14:26

    Ceyhun Bayramov İrandakı vətəndaşlarımızın vəziyyətini açıqladı

    20 Yanvar 2026 10:31

    Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

    20 Yanvar 2026 00:12

    Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

    13 Yanvar 2026 22:40

    Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq əlaqələri müzakirə edilib

    13 Yanvar 2026 17:35
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Klaus Fuksun Sovetlərə atom bombası məlumatlarını ötürdüyü üzə çıxdı

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.