BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.
AzerVoice xəbər verir ki, nazir Fidan, El-Ula şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Nazir Hakan Fidanın səfəri çərçivəsində konfrans iştirakçıları ilə ikitərəfli görüşlər keçirməsi, regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparması da planlaşdırılır.
Qeyd edək ki, El-Ula şəhəri, Səudiyyə Ərəbistanının tarixi və mədəni baxımdan əhəmiyyətli bölgələrindən biri olmaqla yanaşı, son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm mərkəzə çevrilib. Konfransda regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və Yaxın Şərqdəki siyasi proseslərin müzakirə olunacağı gözlənilir
Səfər, Türkiyənin Körfəz ölkələri ilə diplomatik əlaqələrinin gücləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyət daşıyır.