BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də Qətərə səfər edəcək.
AzerVoice xəbər verir ki, Doha bazar və bazar ertəsi günləri İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək məqsədilə fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək.
Sammitdə həm ərəb ölkələrinin, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin iştirakı gözlənilir. Toplantının əsas gündəliyini İsrailin Dohaya endirdiyi son hücum, Qətərin suverenliyinin pozulması və bölgədə artan gərginlik təşkil edəcək.
Diplomatik mənbələrə görə, sammitdə həmrəylik nümayişi, BMT platformalarında birgə addımlar və İsrailə qarşı mümkün kollektiv tədbirlərin müzakirəsi əsas mövzular arasında olacaq.