BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır.
AzerVoice xəbər verir ki, Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.
Digər tərəfdən, ABŞ və İsrailin də daxil olduğu cəmi 10 ölkə qətnamənin əleyhinə səs verib. 12 ölkə isə bitərəf mövqe nümayiş etdirib.
Azərbaycanın bu qətnaməyə dəstəyi ölkənin beynəlxalq hüquqa sadiqliyinin və Yaxın Şərqdə davamlı sülhə töhfə vermək əzmində olduğunun göstəricisidir.