Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

    9 Dekabr 2025 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    7 dekabr 2025-ci ildə səyyah yazıçı və səyahət bloggeri İradə Qədirovanın “Səninləyəm” adlı yeni kitabının təqdimatı Bakı şəhərində “Litera book cafe”də baş tutub. Müəllifin sayca dördüncü kitabı olan “Səninləyəm” “Kərbəladan Konyaya kimi küldən doğuluş hekayəsi” mövzusu ilə oxuculara təqdim olunub.

    AzerVoice xəbər verir ki, tədbirdə kitabın nəşr olunduğu MİMTA yayımlarının və Füyuzat dərgisinin nümayəndələri, əməkdar jurnalist və yazıçı Yunis Orucov, eləcə də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez iştirak edərək çıxış ediblər. Qonaqlar müəllifi yeni əsərə görə təbrik edib, kitabın ruhunu, təhkiyə tərzini və mövzusunun dərinliyini xüsusilə vurğulayıblar.

    İradə Qədirovanın “Səninləyəm” əsəri insanın özünə qarşı törətdiyi ən dərin və səssiz xəyanətin hekayəsini təqdim edir. Müəllifin fikrincə:

    “İnsanın ən böyük faciəsi: özünə xəyanət etdiyini hamıdan gizlədə bilir, yalnız özündən başqa.”

    Əsərdə göstərilir ki, insan başqasının xəyanətini dana, unuda, hətta bağışlaya bilər, lakin özünə xəyanətin izlərindən nə gizlənə, nə də qaça bilər.

    “Səninləyəm” insanın özünü bağışlama prosesini, daxili ağrı ilə mübarizəsini və itirdiyi mənliyini yenidən tapmaq cəhdini emosional və real dillə təsvir edir. Bu hekayə həm zahiri səfərlərdən, həm də ən çətin — insanın öz daxilinə etdiyi yolculuqdan bəhs edir.

    Əsərdə hadisələr Almaniya, Türkiyə (İstanbul, Antalya, Isparta, Burdur, Konya), İraq, Özbəkistan, Venesuela, Misir və Səudiyyə Ərəbistanında cərəyan edir. Yazıçı bu ölkələri yalnız zahiri səhnə kimi deyil, qəhrəmanın batini dönüşümünün məkanları kimi təqdim edir. Coğrafiya dəyişdikcə insanın özünə baxışı, dərk prosesi və mənəvi yenidən doğuluşu da dərinləşir.

    Qeyd edək ki, İradə Qədirovanın bundan əvvəl “Əfşan: İran boyunca tək səyahətim”, “Eşqin izi ilə” və “Dünya Vətəndən başlayır” kitabları geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Müəllif maarifləndirici fəaliyyətini və səyahətlərini sosial şəbəkələr üzərindən fəal şəkildə davam etdirir.

    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
    #Türkiyə #Almaniya #İradə Qədirova #Səninləyəm kitabı #kitab təqdimatı Bakı #səyyah yazıçı #səyahət bloggeri #Kristofer Martinez səfir #yeni kitab təqdimatı #küldən doğuluş hekayəsi #insanın özünə xəyanəti #İraq səyahətləri #mənəvi inkişafa dair əsər #yazıçının əvvəlki kitabları #Səninləyəm romanının mövzusu #yeni nəşr olunan kitab #Azərbaycan yazıçıları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Berlində futbol matçından əvvəl iğtişaşlar baş verib

    18 Yanvar 2026 09:30

    Bundesliqa: “Bavariya” “RB Leypsiq”i səfərdə darmadağın edib

    18 Yanvar 2026 09:13

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    ABŞ beynəlxalq qaydalardan uzaqlaşır - Merts

    17 Yanvar 2026 10:28

    "Barselona"nın 18 yaşlı futbolçusu komandanı tərk edir

    17 Yanvar 2026 09:26

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    14 Yanvar 2026 17:43

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.