Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Ərdoğan Tufan Ərhürmanı prezident seçkilərindəki qələbəsinə görə təbrik edib

    20 Oktyabr 2025 10:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (KKTC) keçirilən prezident seçkilərində qalib gələn Respublikaçı Türk Partiyasının (CTP) sədri Tufan Ərhürmanı təbrik edib.

    AzerVoice xəbər verir ki, Ərdoğan seçkilərin nəticələrinin həm Türkiyə, həm də region üçün xeyirli olmasını arzulayıb.

    “Bu seçkilər KKTC-nin demokratik yetkinliyini bir daha ortaya qoydu və Türk Kiprli qardaşlarımızın iradəsini sandıqda əks etdirdi. Türkiyə, KKTC-nin suveren hüquq və maraqlarını Türk Kiprli xalqla birlikdə hər platformada müdafiə etməyə davam edəcək” — deyə Prezident qeyd edib.

    KKTC Ali Seçki Şurasının açıqladığı qeyri-rəsmi nəticələrə əsasən, Tufan Ərhürman səslərin 62,76 faizini toplayara, Ersin Tatarı (35,81 faiz) məğlub edib.

    Türkiyə vitse-prezidenti Cevdet Yılmaz seçkiləri yüksək qiymətləndirərək bildirib ki, bu nəticələr KKTC-nin dövlət və xalq olaraq siyasi yetkinliyini bir daha təsdiqlədi.

    Türkiyə Xarici İşlər Nazirliyi də ayrıca bəyanatla Ərhürmanı təbrik edib.

    Seçki nəticələrindən sonra çıxış edən Tufan Ərhürman, Kipr siyasəti ilə bağlı qərarların Türkiyə ilə məsləhətləşmədən qəbul edilməyəcəyini bəyan edib.

    “Mənim dövrümdə Kipr məsələsinə dair heç bir qərar Türkiyə ilə məsləhətləşmədən verilməyəcək. Türkiyə–KKTC münasibətləri daha da güclənəcək və bu, mənim liderliyimin əsas missiyası olacaq” — deyə Ərhürmanı bildirib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Cevdet Yılmaz #Türkiyə Xarici İşlər Nazirliyi #Şimali Kİpr Türk Respublikası #KKTC #Ersin Tatar #KKTC Ali Seçki Şurası #Tufan Ərhürman
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

    26 Yanvar 2026 23:50

    Nigeriyadan Türkiyəyə tarixi səfər: XİN rəhbərləri Ankarada bir araya gəldi

    26 Yanvar 2026 14:27

    Türkiyədə zəlzələ baş verdi

    25 Yanvar 2026 22:25

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    "Qalatasaray" La Liqadan futbolçu transfer edir

    24 Yanvar 2026 12:15

    Türkiyə iqtisadiyyatı 1,5 trilyon dolları keçərək tarixi rekord qırıb - Ərdoğan

    22 Yanvar 2026 16:56

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yunanıstan Türkiyə sərhədini İsrail raketləri ilə qorumağa hazırlaşır

    22 Yanvar 2026 09:45

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51

    Bayrağımıza uzanan əllərin hesabı soruşulacaq - Ərdoğan

    21 Yanvar 2026 14:49

    Ərdoğan Bahçeli ilə görüşəcək

    21 Yanvar 2026 12:58

    Rafa Silva beşiktaşdan ayrılmaq niyyətindədir

    21 Yanvar 2026 11:54
    Demo
    XƏBƏR LENTİ

    Bosniya və Herseqovinanın XİN rəhbəri Türkiyəni qlobal siyasətdə supergüc adlandırıb

    Bu gün Leninqrad mühasirəsi sona çatıb

    Tarixdə bu gün - 27 yanvar

    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

    İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

    PKK və SDQ haqqında gizli faktlar: Uşaq istismarı, edamlar və pedofiliya sənədləri

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    İtaliya vitse-baş naziri Zelenskini sülh sazişinə çağırıb

    Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından qüvvələrini geri çəkir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.