Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

    22 Oktyabr 2025 19:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.

    AzerVoice xəbər verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

    Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.

    Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.

    Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər.

    İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.

    Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.

    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
    #Azərbaycan Ermənistan danışıqları #Yerevan #Fərhad Məmmədov #Rusif Hüseynov #Ramil İskəndərli #Kəmalə Məmmədova #Dilarə Əfəndiyeva #Areq Koçinyan #Boris Navasardyan #Naira Sultanyan #Narek Minasyan #Samvel Meliksetyan #vətəndaş cəmiyyətləri #Ermənistan Respublikasının Təhlükəsizlik Şurası #Armen Qriqoryan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb

    15 Oktyabr 2025 16:08

    Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvini dekabradək yekunlaşdıracaq - ATƏT

    14 Oktyabr 2025 13:05

    Dövlət Komitəsinin sədri ABŞ-də Yuta Senatının prezidenti ilə görüşüb

    8 Oktyabr 2025 11:23

    Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib

    2 Oktyabr 2025 14:31

    Azərbaycanla Ermənistan arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyuram - Ərdoğan

    23 Sentyabr 2025 20:44

    Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyi götürür

    10 Sentyabr 2025 20:18

    ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir

    9 Sentyabr 2025 15:04

    Davamlı sülh üçün Ermənistan Konstitusiyası paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır – Elçin Əmirbəyov

    8 Sentyabr 2025 14:45

    Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem yoxdur - Ərdoğan

    2 Sentyabr 2025 15:10

    Türkiyə XİN, ATƏT-in Minsk Qrupunun ləğvi qərarını məmnunluqla qarşılayıb

    2 Sentyabr 2025 10:09

    İran Ermənistan və Azərbaycan arasında sülh dialoqunu dəstəkləyir – Laricani

    30 Avqust 2025 14:47

    Zəngəzur dəhlizinin qəbul edilməsi Azərbaycanın əsas tələblərinin tanınması deməkdir - Fidan

    29 Avqust 2025 09:53
    Demo
    XƏBƏR LENTİ

    HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstini tanımayacaq - Ciorcia Meloni

    Knesset İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib

    DOST Agentliyində Serbiya nümayəndə heyəti ilə görüş olub

    Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

    Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

    Milli Məclisin sədri Estoniyanın xarici işlər naziri ilə görüşüb

    Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb

    Türkiyənin Tekirdağ limanı 18 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib

    Vaşinqton “təkəbbürlü siyasətindən” əl çəkmədikcə danışıqlar olmayacaq- İran

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.