Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə və Avstraliya hava limanları arasında strateji əməkdaşlıq qurulub

    22 Oktyabr 2025 15:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İstanbul Hava Limanı ilə Avstraliyanın Sidney Hava Limanı arasında “Qardaş Hava Limanı” sazişi imzalanıb. Bu barədə İstanbul Hava Limanının operatoru İGA məlumat yayıb.

    AzerVoice xəbər verir ki, saziş çərçivəsində iki hava limanı arasında sərnişin və yük daşımalarının artırılması, hava nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi və ortaq destinasiya tanıtımı məqsədilə strateji əməkdaşlıq qurulub.

    Tərəflər rotaların inkişafı, qarşılıqlı tanıtım və məlumat mübadiləsi sahələrində birlikdə işləyəcəklər. Həmçinin illik rəhbərlik görüşləri keçiriləcək, lazım olduqda seminarlar və işçi toplantılar təşkil olunacaq. Ticarət baxımından məxfi olmayan məlumatlar və yaxşı təcrübələr qarşılıqlı şəkildə paylaşılacaq.

    Protokol çərçivəsində yeni və əlavə hava xidmətlərinin təşviqi, ortaq marketinq və tanıtım fəaliyyəti ilə İstanbul və Sidney destinasiya kimi daha çox tanıdılacaq.

    Bu razılaşma Türkiyənin Avstraliya qitəsi bazarındakı mövqeyini gücləndirən mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda turizm, ticarət və mədəni əlaqələrin dərinləşməsinə də töhfə verməsi gözlənilir.

    Sidney Hava Limanı ilə imzalanmış bu saziş, İstanbul Hava Limanının bu il iyun ayında ABŞ-ın Çikaqo O’Hare Beynəlxalq Hava Limanı ilə imzaladığı oxşar razılaşmadan sonra bu formatda reallaşdırdığı 10-cu beynəlxalq əməkdaşlıq olub.

    Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 62 milyon 861 min 408 nəfər olub.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 13 milyon 470 min 966 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 49 milyon 390 min 442 nəfər təşkil edib.

    2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 2 milyon 468 min 337 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 166 min 924 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz azalaraq, 2 milyon 301 min 413 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 5 faiz artaraq, 410 min 571 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 94 min 361, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 316 min 210 olub.

    2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

    Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

    #Türkiyə #İstanbul Hava Limanı #İstanbul Beynəlxalq Hava Limanı #Avstraliya #İstanbul Hava Limanında xidmət göstərən aviaşirkətlər #İstanbul Hava Limanına yeni aviaşirkətlər 2025 #2025-ci ildə İstanbul Hava Limanının sərnişin axını #Sidney hava limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avstraliyalı döyüşçü UFC titulunu qorudu

    1 Fevral 2026 12:21

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    28 Yanvar 2026 17:12

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03
    Demo
    XƏBƏR LENTİ

    Uşaqların dini tərbiyə məsələsi və dindarların hüquqi maarifləndirilməsi

    İsrailin tacsız kralı Netanyahu İsraildə hakimiyyət oyununu necə idarə edir?

    Osmanlı bəyliyinin böyümə sirri: Tarixçilərin qızğın mübahisəsi

    Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

    Regional fəlakət qapıdadır: Trampın İran planı, Səudiyyənin müqaviməti və "Böyük Müharibə" ssenarisi

    2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

    Avstraliyalı döyüşçü UFC titulunu qorudu

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Çin “dünyanın ən böyük maşını” layihəsindən niyə imtina etdi?

    "İnter" fransalı futbolçunu transfer etməyəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.