Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    ASELSAN-ın 14 yeni müəssisəsi istehsal gücünü artıracaq - Ərdoğan

    27 Avqust 2025 19:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ASELSAN-ın açılacaq 14 yeni müəssisəsi istehsal gücünü artıracaq və təxminən 4 min nəfər üçün yeni iş yeri yaradacaq.

    AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ASELSAN-ın Gölbaşı kompleksində keçirilən tədbirdə çıxış edərkən deyib.

    “Son illər hava hücumundan müdafiə sistemlərinin nə qədər önəmli olduğunu görürük. Öz müdafiə sistemini inkişaf etdirməyən heç bir ölkə gələcəyinə inamla baxa bilməz. Müdafiə qabiliyyətimiz ölkənin təhlükəsizliyi üçün əsas faktordur” – deyə, o vurğulayıb.

    Ərdoğan “Polad Günbəz” layihəsinin həyata keçirilməsinin vacibliyini qeyd edib və ASELSAN əməkdaşlarına təşəkkürünü bildirib:

    “Bu gün biz üç mühüm addımı birlikdə atırıq. ‘Polad Günbəz’ layihəsi, ASELSAN-ın 14 yeni müəssisəsinin açılışı və Oğulbəy kompleksinin təməli. Bütün bu addımların uğurlu olmasını arzulayıram. ASELSAN ailəsinə 50 il ərzində töhfə verən hər kəsə təşəkkür edir, bütün əməkdaşlara minnətdarlığımı bildirirəm.”

    Prezident həmçinin Türkiyə ordusunun inventarına yeni texnikaların daxil olacağını açıqlayıb.

    “Ordumuzun inventarına üç ədəd ‘Hisar’ orta mənzilli hava hücumundan müdafiə sistemi və 21 ədəd vasitə daxil olacaq. ‘Korkut’ hava hücumundan müdafiə sistemi də qoşunların istifadəsinə veriləcək. ‘Polad Günbəz’ layihəsi ilə yeni mərhələyə qədəm qoyacağıq. Layihədə ASELSAN mühüm rol oynayır. Süni intellekt dəstəkli idarəetmə sistemi sayəsində yüzlərlə hava müdafiə kompleksi vahid bir sistem kimi işləyə biləcək” - deyə, Türkiyə Prezidenti bildirib.

    Dövlət başçısı Oğulbəy kompleksinə qoyulacaq sərmayənin Türkiyə müdafiə sənayesi tarixində bir dəfəyə edilən ən böyük sərmayə olacağını da qeyd edib.

    “Oğulbəy kompleksi 1,5 milyard dollarlıq sərmayə ilə inşa olunacaq və ölkə tarixinin bir dəfəyə edilən ən böyük müdafiə sənayesi sərmayəsi olacaq. ASELSAN üçün 6 500 dönümlük ərazi ayrılıb ki, bu da əvvəlkindən iki dəfə böyükdür. Oğulbəy kompleksi bölgənin ən qabaqcıl texnologiya mərkəzlərindən birinə çevriləcək və ASELSAN-ın istehsal gücünü iki dəfədən çox artıracaq. 2026-cı ilin ortalarında ilk müəssisənin istifadəyə verilməsi planlaşdırılır. Bu, sadəcə bina tikintisi deyil, texnologiya və istehsal mərkəzinin qurulmasıdır. Müəssisə gənclərə innovativ mühitdə işləmək və layihələrini reallaşdırmaq imkanı yaradacaq” - deyə, Ərdoğan bildirib.

    Qeyd edək ki, 2024-cü ilin avqustunda istifadəyə verilən “Polad Günbəz” kompleksi yerli və milli silah sistemləri, radarlar, elektro-optik cihazlar, rabitə modulları, komanda və idarəetmə məntəqələri ilə təchiz olunub. Layihə strateji obyektlərin, hərbi hissələrin və şəhərlərin hava hücumlarından müdafiəsini təmin edir.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ASELSAN #Türkiyə müdafiə sənayesi #müdafiə sənayesi məhsulları #müdafiə sənayesi #Polad Günbəz #Türkiyə milli müdafiə strategiyası #Müdafiə sənayesi əməkdaşlığı #Müdafiə sənayesində ixrac hədəfləri #Müdafiə sənayesində ixrac uğurları #Müdafiə sənayesində yerli istehsal #Müdafiə sənayesi ixracı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    21 Oktyabr 2025 17:09

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    21 Oktyabr 2025 16:35

    Ərdoğan Küveytdə rəsmi mərasimlə qarşılanıb

    21 Oktyabr 2025 15:48

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    21 Oktyabr 2025 14:17

    Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    21 Oktyabr 2025 09:35

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    Zonquldakda yeni yaşayış kompleksi tikiləcək

    20 Oktyabr 2025 16:05

    İsrail Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 12:50

    Ərdoğan Küveyt, Qətər və Omanı rəsmi səfərlə ziyarət edəcək

    20 Oktyabr 2025 12:27

    Türkiyədə dövlət universiteti tibbi cihaz alacaq

    20 Oktyabr 2025 11:31

    Ərdoğan Tufan Ərhürmanı prezident seçkilərindəki qələbəsinə görə təbrik edib

    20 Oktyabr 2025 10:26

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    19 Oktyabr 2025 14:30
    Demo
    XƏBƏR LENTİ

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

    Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

    Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.