Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    21 Oktyabr 2025 17:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

    AzerVoice xəbər verir ki, dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədə məlumat verildi.

    Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən "İctimai məkan" hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən "Tomorrow School" və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.

    Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir

    21 Oktyabr 2025 16:20

    Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

    21 Oktyabr 2025 14:23

    Prezident İlham Əliyev: TRIPP layihəsi mütləq reallaşdırılacaq

    21 Oktyabr 2025 14:11

    Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub

    21 Oktyabr 2025 13:58

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər

    21 Oktyabr 2025 13:49

    Prezident İlham Əliyev: Bakı və Astananın aktiv qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır

    21 Oktyabr 2025 13:48

    Prezident İlham Əliyev: Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir

    21 Oktyabr 2025 13:23

    Astanada Prezident İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

    21 Oktyabr 2025 13:22

    Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb

    21 Oktyabr 2025 13:20

    Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edib

    21 Oktyabr 2025 13:06

    Astanada Prezident İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı olub

    21 Oktyabr 2025 12:19

    Astanada Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub

    21 Oktyabr 2025 11:51
    Demo
    XƏBƏR LENTİ

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

    Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    Fənərbaxça–Ştuttqart qarşılaşmasının hakimi bəlli olub

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir

    Türkiyədən Özbəkistana xalça ixracı 4 milyon dolları keçib(ÖZƏL)

    DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.