Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    TİKA Qəzzədə humanitar yardım fəaliyyətlərini davam etdirir, bölgəyə tibbi ləvazimat göndərilir

    26 Avqust 2025 11:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzayə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir.

    AzerVoice xəbər verir ki, TİKA-dan əldə edilən məlumata görə, Qəzzayə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib.

    TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib.

    TİKA-nın illərdir Qəzzadə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.

    Xəstəxananın avadanlıqları 2017-ci ilin sentyabrında tamamlanıb, birgə idarəetmə protokolu isə 2018-ci ildə Ankarada imzalanıb. 2020-ci ilin yanvarında COVID-19 pandemiyası səbəbilə karantin mərkəzi kimi fəaliyyətə başlayıb və 2021-ci ilin noyabrında xərçəng xəstələri üçün xəstəxana kimi istifadə olunmağa başlanıb. Lakin bu xəstəxana 21 martda İsrailin hücumu nəticəsində dağıdılıb.

    İsrailin Qəzzaya 2014-cü ildə etdiyi hücumların ardından TİKA-nın dəstəyi ilə inşa edilən Qəzza Türk Mənzilləri 20 min kvadratmetrlik sahəni əhatə edir, 20 blok və 320 mənzildən ibarət idi.

    TİKA-nın 2017-ci ildə Fələstin hökumətinə təhvil verdiyi bu mənzillərdə təxminən 2 min 250 nəfər yaşayırdı. Lakin 10 oktyabr 2023-cü ildən etibarən bu kompleks şiddətli hücumlara məruz qaldı və nəticədə əksəriyyəti uşaq olmaqla 20 nəfər həyatını itirdi. Bəzi bloklar tamamilə dağıldı, bəziləri isə ağır zərər gördü.

    TİKA, Fələstin və Qəzzada həyata keçirdiyi təmiz su layihələri çərçivəsində 1 milyondan çox insana təmiz içməli su təmin edən 22 artezian quyusu açıb. Həmçinin 360 məktəbə və 600 min şagirdə təmiz su çatdırılması üçün 10 duzsuzlaşdırma qurğusu verib. Bundan əlavə, 90 min nəfərin su ehtiyacını ödəyə biləcək tutuma malik yağış sularının toplanması sistemi qurulub.

    İnkişaf layihələri sahəsində də TİKA təhsil, səhiyyə, kənd təsərrüfatı, heyvandarlıq, su, sanitar qovşaqlar, enerji, istehsal, turizm və mədəniyyət sahələrində 200-dən çox layihəni həyata keçirib.

    #Qəzza #İsrail #Qəzza zolağı #İsraili #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) #Fələstin-İsrail iki dövlətli həll
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.