BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə 6 şəhərdə keçirilən əməliyyatlarda 34 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya jandarma tərəfindən “qanunsuz mərc oyunları və ağır fırıldaqçılıq” cinayətlərinə qarşı aparılan əməliyyatlarda 2 milyard türk lirəsi əməliyyat həcmi ilə 34 şübhəlinin tutulduğunu açıqlayıb. Onlardan 29-u həbs edilib, 5-i barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Nazirin sözlərinə görə, şübhəlilərin sosial şəbəkələrdə saxta “motosiklet, televizor, konteyner” elanları ilə vətəndaşları aldatdıqları, qanunsuz mərc oyunlarına şərait yaratdıqları, internet üzərindən pul köçürmələrinə imkan verdikləri və “kriptovalyuta ilə gəlir” vədləri ilə dələduzluq etdikləri müəyyən edilib. Əməliyyatlar Uşak, İzmir, Qaziantep, Kayseri, Yozgat, Şanlıurfa ilə yanaşı, Hatay, Adana, Ankara, Antalya, İstanbul, Bitlis, Nevşehir, Sakarya, Mersin və Bartın vilayətlərində keçirilib.
Qeyd edək ki, Türkiyə daxili işlər orqanları son illərdə kiber cinayətkarlığa qarşı mübarizəni həm real, həm də “virtual vətən” adlandırılan onlayn müstəvidə gücləndirib.