Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Balıkesirdə baş verən zəlzələdə 265 mənzil ağır zərər görüb – Murat Kurum

    12 Avqust 2025 17:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Balıkesirdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. O, bölgədə aparılan araşdırmalar nəticəsində 152 binada yerləşən 265 müstəqil bölmənin ya tamamilə dağıldığını, ya da ağır zərər gördüyünü bildirib. Manisa vilayətində isə 41 binada yerləşən 53 müstəqil bölmənin ağır ziyan gördüyü müəyyən edilib.

    AzerVoice xəbər verir ki,nazir Kurum Balıkesirdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

    Vətəndaşlardan müraciət gəlib-gəlməməsinə baxmayaraq, xüsusilə Sındırgı bölgəsindəki bütün binaların yoxlanılacağını deyib. “Cümə gününə qədər bütün taramaları yekunlaşdıracağıq,” – deyə Kurum bildirib.

    O əlavə edib ki, bölgədə zərər çəkmiş vətəndaşlar üçün TOKİ vasitəsilə inşa edilən 100 mənzil hazır vəziyyətdədir və bu evlərin may ayı ərzində sahiblərinə təhvil verilməsi planlaşdırılır. Bundan başqa, təxminən 1,5 ay ərzində kənd evlərinin tikintisinə də başlanılacaq.

    Nazir Murat Kurum bölgədə zəlzələdən sonra dövlətin bütün imkanları ilə vətəndaşların yanında olduğunu və yenidənqurma işlərinin qısa müddətdə həyata keçiriləcəyini vurğulayıb.

    Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

    Qeyd edək ki, AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

    Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

    Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

    Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

    Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

    Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

    AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

    AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Fəlakətlərlə Müdaxilə Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

    Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

    #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #zəlzələ #Murat Kurum #Balıkesir #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #zəlzələ fay xətti #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları #zəlzələ sonrası layihələr #Türkiyənin Ətraf Mühit #Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    Türkiyədə FETÖ əməliyyatlarında 58 nəfər həbs olunub

    2 Dekabr 2025 09:50

    Türkiyədə 100-dən çox terrorçu könüllü şəkildə təslim olub

    1 Dekabr 2025 15:14

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    29 Noyabr 2025 14:31

    İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

    27 Noyabr 2025 09:41

    Türkiyə Daxili İşlər Nazirliyi Mansur Yavaş haqqında araşdırma icazəsi verdi

    22 Noyabr 2025 13:15

    Bangladeşdə 5,5 bal gücündə zəlzələ – Dakka şəhərində 3 nəfər həlak olub

    21 Noyabr 2025 11:56

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    20 Noyabr 2025 14:50

    Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

    20 Noyabr 2025 10:37

    Balıkesirdə 3,5 bal gücündə zəlzələ baş verib

    19 Noyabr 2025 17:16
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.