Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Hakan Fidan HƏMAS heyəti ilə Qəzzzadakı vəziyyəti müzakirə edib

    1 Avqust 2025 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüşdə Qəzzadakı son vəziyyət və Qəzzaya humanitar yardımın çatdırılması müzakirə olunub. HƏMAS heyəti Qəzzaya göndərilən humanitar yardımın əhalinin ehtiyaclarını qarşılamadığını bildirib və İsrailin atəşkəs danışıqlarında qeyri-konstruktiv mövqe tutduğunu vurğulayıb.

    Hakan Fidan bildiirb ki, İsrail Qəzza xalqına qarşı soyqırım siyasətini davam etdirir, bu da İsrail Baş naziri Netanyahu hökumətinin atəşkəslə bağlı ciddi bir niyyətinin olmadığını göstərir. O, İsrailin danışıqları uzatmaqla Qəzza xalqının müqavimətini qırmaq və onları vətənlərini tərk etməyə məcbur etmək istədiyini qeyd edib.

    Nazir əlavə edib ki, İsrailin Qəzzalıları torpaqlarından çıxarmaq və İordan çayının qərb sahilini ilhaq etmək planları qəbuledilməzdir. O, Türkiyə olaraq, atəşkəs danışıqlarının davam etməsini dəstəklədiklərini vurğulayıb.

    Fidan həmçinin bildirib ki, dünya ictimaiyyətində Fələstin xalqına dəstək günü-gündən artır və bu təzyiqlər nəticəsində daha çox ölkə Fələstin dövlətini tanımağa başlayıb, nəticədə İsrail beynəlxalq aləmdə getdikcə təcrid olunur.

    Son olaraq, Fidan qeyd edib ki, Türkiyə Fələstin məsələsinə olan dəstəyini davam etdirəcək.

    Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

    Beynəlxalq ictimaiyyətin tənqidindən sonra İsrail hökuməti ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.

    Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım paylanma məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1 330-a, yaralıların sayının isə 8 818-ə yüksəldiyini açıqlayıb.

    #Türkiyə #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #HƏMAS #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Humanitar yardım təşəbbüsləri #HƏMAS və Qəzzanın gələcəyi #Fələstin humanitar yardımı #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26
    XƏBƏR LENTİ

    Bu gün Putinin sərt tənqidçisi Aleksey Navalnı həbsxanada vəfat edib

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.