Əsas səhifə » Həftə ərzində Putin və Trampla görüşə bilərəm - Ərdoğan

Həftə ərzində Putin və Trampla görüşə bilərəm - Ərdoğan

BAKI, AzerVoice

Biz bu həftə Putin və Trampla görüşlər keçirərək bu liderləri İstanbulda bir araya gətirməyə çalışacağıq.

AzerVoice xəbər verir ki, TürkiyəPrezident Rəcəp Tayyip Ərdoğan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların üçüncü raundu başa çatıb.

Görüş İstanbulda, Çırağan sarayında yerli vaxtla saat 20:27-də (Bakı vaxtı ilə saat 21:37) başlayıb və təxminən 40 dəqiqə davam edib.

Danışıqların yekununa əsasən, tərəflər yalnız hərbi əsirlərlə deyil, həm də mülki şəxslərlə qarşılıqlı mübadilə aparacaqlar.

Həmçinin bildirilib ki, tərəflər arasında danışıqların növbəti raundu keçirilməyəcək.

Ukrayna nümayəndə heyətini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov təmsil edir. Rusiya tərəfinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Görüş başlamazdan əvvəl Medinski Umerov Çırağan sarayında təkbətək görüş keçiriblər.

Danışıqların yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00-da) başlanması planlaşdırılmışdı. Lakin geniş tərkibli görüş faktiki olaraq təxminən bir saat gec başlayıb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice