BAKI,AzerVoice, Fərid Mikayılov
Ankaranın ictimai nəqliyyat idarəsi (EGO) nəqliyyat vasitələrinin baxımı və təmir idarəsi, nəqliyyat vasitələrində istifadə ediləcək 1900 ədəd akkumulyator alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Akkumlyatorlar tenderin nəticələri açıqlandıqdan sonra 90 gün ərzində hissə-hissə təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 16 oktyabr 2025-ci il tarixinə qədər "Hacı Bayram Mahallesi Sanayi Caddesi No:2 Altındağ/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir