BAKI, AzerVoice
Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
AzerVoice xəbər verir ki, Prezident
Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Burhanəddin
Duran İsrailin Suriyaya hücumlarına sosial şəbəkə üzərindən sərt
reaksiya verib.
O, bölgədə artan gərginlik fonunda Türkiyənin Suriyanın
suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha
vurğulayıb.
“İsrailin Suriyaya hücumları təkcə bu ölkənin sabitliyi və təhlükəsizliyini deyil, eyni zamanda bütün regionumuzun sülhünü hədəf alır. Suriyanın suverenliyini və birliyini təhdid edən bu hücumları qəti şəkildə pisləyirəm. Türkiyə hər zaman olduğu kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək”- deyə Duran açıqlamasında bildirib.
Qeyd edək ki, İsrailin Dəməşqdə Prezident Sarayı və Baş Qərargahı hədəf alan hücumları beynəlxalq ictimaiyyətin də reaksiyasına səbəb olub. Ankara bu prosesdə regional sabitliyin qorunmasını əsas prioritet kimi önə çəkir.