18
BAKI, AzerVoice
İzmir mərkəzli 60 vilayətdə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib
AzerVoice xəbər verir ki, istintaqı aparan İzmir Baş Prokurorluğu tərəfindən FETÖ ilə əlaqəli olduğu müəyyən edilən 371 şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb.
Əməliyyatın əsas məqsədi təşkilatın gizli maliyyə dəstəyi kanallarını ifşa etmək və fəaliyyətdə olan şəbəkəni zərərsizləşdirməkdir. Əməliyyatlar bir neçə şəhərdə eyni vaxtda həyata keçirilib və saxlanılan şəxslər arasında keçmiş dövlət məmurları, iş adamları və təşkilatla əlaqəli müxtəlif şəxslər olduğu bildirilir.
Hazırda əməliyyatla bağlı istintaq tədbirləri davam etdirilir.