5
BAKI,AzerVoice
İstanbulda Aydos meşəsində yanğın baş verib.
AzerVoice xəbər verir ki,
İstanbulun Pendik rayonu ərazisində yerləşən Aydos meşəsində bu gün
naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və polis qrupları
cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür. Rəsmilər əhalidən ehtiyatlı olmağı və təhlükəsizlik səbəbilə əraziyə yaxınlaşmamağı xahiş ediblər.
Qeyd edək ki, yay aylarında Türkiyənin bir çox bölgəsində yüksək temperatur səbəbindən meşə yanğınlarının artdığı müşahidə olunur. Bu səbəbdən meşəlik ərazilərdə odla ehtiyatsız davranış ciddi risk yaradır və qanunla cəzalandırılır.