Əsas səhifə » Türkiyədə minimum pensiya məbləği qaldırılıb

Türkiyədə minimum pensiya məbləği qaldırılıb

Bakı, AzerVoice

Türkiyədə minimum pensiya məbləği 16 min 881 lirəyə qaldırılıb.

AzerVoice xəbər verir ki, Türkiyədə əmək haqlarına dair dəyişiklikləri əhatə edən qanun təklifi Türkiyə Böyük Millət Məclisinin plenar iclasında qəbul edilib.

22 maddədən ibarət olan və Əmək həyatında dəyişikliklər nəzərdə tutan qanun təklifi bir çox nazirlik və onlara bağlı qurumlara dair yeni tənzimləmələri əhatə edir.

Yeni qanunvericiliyə əsasən, qüvvə komandanlarının xidmət müddəti Baş Qərargah rəisinin müddəti ilə bərabərləşdirilərək 72 yaşa qədər uzadıla biləcək.

Yüksək Hərbi Şuranın qərarı ilə xidmət müddəti uzadılan orqeneral və oramiralların vəzifə müddəti isə Prezidentin təsdiqi ilə hər dəfə bir il olmaqla yenidən uzadıla biləcək.

Tənzimləməyə əsasən, yaşlılıq, əlillik və ölüm səbəbilə pensiya alan şəxslərə və onların hüquq sahiblərinə ödənilən minimum aylıq məbləğin təyini və icrası artıq Sosial Müdafiə Təşkilatının (SGK) səlahiyyətində olacaq.

Qeyd edək ki, eyni zamanda, Gənclik və İdman Xidmətləri haqqında Qanuna da dəyişiklik edilib. Bu dəyişiklik çərçivəsində nazirlik əməkdaşlarının iş və məzuniyyət günləri ilə bağlı yeni qaydalar müəyyən olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice