13
BAKI, AzerVoice
Ukrayna Prezidenti Volodimir Zelenski, ölkəsinin ABŞ-dakı yeni səfirinin hazırkı müdafiə naziri Rustem Umerovun olacağını istisna etməyib.
AzerVoice xəbər verir ki, bu barədə o, Romada keçirilən mətbuat konfransında deyib.
“Səfirin dəyişdiriləcək. Açıq deyəcəyəm: əgər qərar versəm və bu yaxın vaxtlarda baş tutsa, o zaman ölkəmizi ABŞ-da təmsil edəcək əsas səfirimiz müdafiə naziri Rustem Umerov olacaq. Bu, təbii ki, Ukrayna hökumətində ciddi kadr dəyişikliklərinə səbəb olacaq” – deyə, Zelenski bildirib.
O əlavə edib ki, hazırkı ABŞ səfiri Oksana Markarova, əgər istəsə, Ukraynada fəaliyyətini davam etdirəcək.