BAKI,
AzerVoice
Nazir Hakan Fidan Kommunikasiya Direktoru təyin olunan Burhanəddin
Duranı təbrik edib.
AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezidentin Kommunikasiya Direktoru vəzifəsinə təyin edilən Burhanəddin Duranı təbrik edib və yeni vəzifəsində ona uğurlar arzulayıb.
Nazir Fidan həmçinin, bu vəzifəni daha əvvəl icra edən Fəxrəddin Altunun Türkiyə İnsan Haqları və Bərabərlik Şurasının sədri təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyib.
Qeyd edək ki, Burhanəddin Duran bugün Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanla Prezident Administrasiyasının Kommunikasiya Direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatdan əvvəl Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışıb.