Əsas səhifə » Bu avtomobil şirkəti ABŞ-Kanada ticarət gərginliyinə görə bəzi modellərinin istehsalını dayandırır

Bu avtomobil şirkəti ABŞ-Kanada ticarət gərginliyinə görə bəzi modellərinin istehsalını dayandırır

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Kanada ilə bağlı tətbiq etdiyi gömrük rüsumları və Kanadanın buna cavab tədbirləri nəticəsində Yaponiyanın avtomobil istehsalçısı "Nissan" "Pathfinder" və "Murano" krossoverlərinin, həmçinin "Frontier" pikaplarının istehsalını dayandırıb.

AzerVoice xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, "Nissan" çərşənbə axşamı axşam saatlarında verdiyi açıqlamada “Pathfinder” və “Murano” SUV-larının, eləcə də “Frontier” pikaplarının istehsalının dayandırıldığını bildirib, lakin bu qərarın nə vaxt qüvvəyə mindiyini və nə qədər davam edəcəyini dəqiqləşdirməyib.

"Nissan" bu addımı qısamüddətli və müvəqqəti tədbir kimi qiymətləndirib və ABŞ ilə Kanada arasında davam edən danışıqlar çərçivəsində razılığa gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, "Nissan Versa", "Sentra" və "Rogue" modellərinin Kanadadakı satışı davam edir. Bu avtomobillər Kanadaya Yaponiya və Meksikadakı zavodlardan göndərilir.

Digər Kateqoriyalar

2025 © Azervoice