Əsas səhifə » ABŞ Ukraynaya hərbi yardım tədarükünü davam etdirir - Rubio

ABŞ Ukraynaya hərbi yardım tədarükünü davam etdirir - Rubio

BAKI, AzerVoice

ABŞ-ın Ukraynaya hərbi yardım tədarükləri, ümumilikdə, Vaşinqton administrasiyası ilə ABŞ Konqresi arasında razılaşdırılmış cədvələ uyğun şəkildə davam edir.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə vəzifəsini icra edən köməkçisi Marko Rubio bildirib.

“Ümumilikdə, Ukraynaya yardım Konqres tərəfindən təsdiqlənmiş cədvələ uyğun olaraq davam edir” – deyə, o vurğulayıb.

Rubio əlavə edib ki, ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın əsas hissəsi tamamilə dayandırılmayıb və əvvəlki cədvələ uyğun olaraq davam etdirilib.

Onun sözlərinə görə, yalnız müəyyən növ sursatların ehtiyatları ilə bağlı “məhdud çərçivədə baxış və qiymətləndirmə” aparılıb:

“Əmin olmaq istədik ki, bu sursatlardan kifayət qədər ehtiyatımız var. Belə qiymətləndirmələr zamanı xaricə silah tədarükündə qısa müddətli fasilələrin yaranması normal haldır.”

Digər Kateqoriyalar

2025 © Azervoice