9
Foto: DHA
BAKI, AzerVoice
Türkiyənin Edirne vilayətində yanğın baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, yanğın Edirne vilayətinin Kayapa kəndi yaxınlığında biçin edilmiş buğda tarlasında başlayıb. Küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılan alovlar yaxınlıqdakı ağaclara da keçib. Yanğın səbəbilə Bolqarıstanla sərhəddə yerləşən Hamzabeyli Sərhəd Qapısına gedən yol nəqliyyat üçün bağlanıb.
Hadisə yerinə Edirne Bələdiyyəsi və Meşə Təsərrüfatı İdarəsinə bağlı yanğınsöndürmə qrupları cəlb olunub.
Yanğının baş vermə səbəbi naməlumdur.