Əsas səhifə » Türkiyədə Kibercinayətkarlara Qarşı Əməliyyat Keçirilib

Türkiyədə Kibercinayətkarlara Qarşı Əməliyyat Keçirilib

BAKI,AzerVoice

Türkiyədə jandarma qüvvələrinin 9 şəhərdə həyata keçirdiyi genişmiqyaslı kiber əməliyyat nəticəsində ümumi dəyəri 1 milyard türk lirəsinə çatan, qanunsuz maliyyə əməliyyatlarında adı keçən 66 nəfər şübhəli saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, saxlanılanlardan 27 nəfər barəsində məhkəmə tərəfindən həbs qərarı verilib, 31 nəfərə isə məhdudiyyətli hüquqi nəzarət tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam edir.

Əməliyyatlar çərçivəsində şübhəlilərin aşağıdakı cinayət halları ilə məşğul olduqları müəyyən olunub:

  • Sosial media vasitəsilə reklam edilən qanunsuz bahis saytları üzərindən gəlir əldə etmək
  • Saxta avtomobil elanları ilə vətəndaşları aldatmaq
  • Mobil bankçılıq məlumatlarını ələ keçirərək hesablardan pul oğurlamaq
  • Yatırım məsləhətçiliyi və ya SIM kart dəstəyi adı altında vətəndaşların şəxsiyyət və bank məlumatlarını mənimsəmək
  • “Terror istintaqı” bəhanəsi ilə insanları qorxudaraq bank hesablarından böyük məbləğlərdə vəsait köçürməyə məcbur etmək.

Digər Kateqoriyalar

2025 © Azervoice