BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 81 vilayətdə miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində həyata keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 46 şübhəlinin saxlanıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir sosial media hesabında etdiyi paylaşımda bildirib ki, əməliyyatlar zamanı saxlanılan şəxslərdən 8-i əcnəbi vətəndaşdır. Saxlanılanların hamısının miqrant qaçaqmalçılığı şəbəkələrinin təşkilatçıları olduğu vurğulanıb.
Nazir bildirib ki, “Miqrasiya məsələsinə bütün aspektləri ilə — nizamlı və nizamsız miqrasiya, beynəlxalq müdafiə, könüllü, təhlükəsiz və ləyaqətli geri dönüş, miqrant qaçaqmalçılığı ilə mübarizə və sərhəd idarəçiliyi baxımından yanaşırıq. Qanunsuz miqrasiyaya qarşı mübarizəmizi sərhədlərimizdə, sərhəd qapılarımızda, dənizlərimizdə və ölkənin hər nöqtəsində fasiləsiz və qətiyyətlə davam etdiririk.” - deyə vurğulayıb.