BAKI,AzerVoice, Fərid Mikayılov
Sakarya Böyükşəhər bələdiyyəsi 6,7 milyon litr dizel, 200 min litr 95 oktan benzin və 120 min litr yanacaq əlavəsi satın alacaq.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 31 oktyabr 2025-ci il tarixinə qədər "Kavaklar Caddesi No:7 54100 Adapazarı/Sakarya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir