BAKI,AzerVoice, Fərid Mikayılov
Aydın şəhərində yerləşən Didim dövlət xəstəxanası 15 növ dərman alışı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Dərmanlar tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 9 oktyabr 2025-ci il tarixinə qədər "Cumhurıyet Mah. Inönü Bulvarı Didim/Aydın" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir