BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə bu ilin ilk 6 ayında turizmdə bütün dövrlərin ən yüksək 6 aylıq gəlir göstəricisinə nail olunub.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Dünya Turizm Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Ərdoğan paylaşımında bir çox sahələri dəstəkləyən, zəncirvari əlavə dəyər yaradan və yüksək məşğulluq təmin edən "bacasız sənaye" – turizm sektorunun Dünya Turizm Gününü təbrik edib.
“2025-ci ilin sonunda 64 milyard dollar turizm gəliri hədəfimizə çatacağıq.” - deyə Ərdoğan paylaşımında qeyd edib.