Əsas səhifə » Türkiyədə Baş Verən Meşə Yanğını Nəzarət Altına Alındı

Türkiyədə Baş Verən Meşə Yanğını Nəzarət Altına Alındı

BAKI, AzerVoice

Muğla şəhərinin Menteşe rayonunda baş verən meşə yanğını havadan və yerdən müdaxilə ilə nəzarət altına alınıb.

AzerVoice xəbər verir ki, Yeşilyurt məhəlləsindəki meşə sahəsində, bilinməyən səbəbdən yanğın başlayıb.

Bildiriş üzərinə bölgəyə Muğla Meşə Bölgə İdarəsinə bağlı hava və yer vasitələri göndərilib.

Havadan 4 helikopter və çoxsaylı su daşıyan vasitələr, iş maşınları və Muğla Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə komandaları müdaxilə edərək yanğını nəzarət altına alıblar.

Yanğında 2 hektar meşə və kol bitkisi zərər görüb.

Komandalar bölgədə soyutma işlərini davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice