İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız
Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında
olublar.
AzerVoice xəbər verir ki, dövlət başçıları
əvvəlcə xatirə şəkli çəkdirdilər.
Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən
bərpa işlərinə başlanılıb.