Əsas səhifə » Finlandiyada ticarət mərkəzi yaxınlğında bıçaqlanma hadisəsi baş verib

Finlandiyada ticarət mərkəzi yaxınlğında bıçaqlanma hadisəsi baş verib

BAKI, AzerVoice

Finlandiyanın Tampere şəhərində, "Ratina" ticarət mərkəzinin yaxınlığına bıçaqlanma hadisəsi baş verib.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat yayıb.

Məlumata əsasən, ticarət mərkəzindəki müştərilərdən bir neçə nəfər bıçaqlanıb. Polis, hücumla əlaqəli olduğu şübhəsi ilə bir nəfəri saxlayıb.

Polis vəziyyətin artıq digər insanlar üçün təhlükə yaratmadığını və zərərçəkənlərə yerində ilk tibbi yardımların göstərildiyini qeyd edib.

"Ratina" ticarət mərkəzinin bütün qapıları bağlanılıb, insanların içəri girməsi və ya çıxması qadağan edilib. Şahidlər isə, ticarət mərkəzinin ikinci mərtəbəsinə aparılıb və onlardan sorğu-sual edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice